#Bakı

2025-ci ildə Bakı şəhərində müntəzəm marşrut xətti ilə 494 milyondan çox sərnişin daşınıb. Şəhərdaxili (rayondaxili) sərnişindaşıma fəaliyyəti üçün 837, şəhərlərarası sərnişindaşıma fəaliyyəti üçün isə 66 yeni avtobus cəlb edilib. Həmçinin şəhərlərarası daşımalar üzrə 19 yeni müntəzəm marşrut xətti təşkil edilib. 10 marşrut xəttində hərəkət sxemi dəyişdirilib, 3 yeni marşrut xətti təşkil edilib.

Azərbaycan dünyada qədim neft ölkəsi kimi tanınır. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Bakı dünyanın ən iri neft mərkəzlərindən birinə çevrilmişdi. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra neft ölkənin inkişafında mühüm rol oynadı. Həmin dövrlərdə ölkə hərbi təcavüzə məruz qalmış, müxtəlif xarakterli risklərlə üzləşmişdi. Ölkənin inkişafını təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində milli neft strategiyası hazırlandı.

Azərbaycan Turizm Bürosu dekabr ayı ərzində "China Travel Group" (CTG) ilə birgə Çin Xalq Respublikasının Jinan, Şijiazhuanq və Taiyuan şəhərlərində silsilə seminarlar təşkil edib. Tədbirlər çərçivəsində Çin və Azərbaycan arasında turizm əməkdaşlığının gücləndirilməsi istiqamətində təqdimatlar nümayiş olunub. İştirakçılara Azərbaycanın Çin bazarı üçün nəzərdə tutulmuş turizm məhsulları, ölkənin mədəni və tarixi irsi, eləcə də əsas səyahət marşrutları haqqında məlumat verilib.

29 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili arasında telefon danışığı baş tutub. Bildirilib ki, nazirlər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər. Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin münasibətlərimizin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Növbəti ildə də yüksək səviyyəli siyasi təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

NFC texnologiyasını dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi Bakı şəhəri üzrə nağdsız ödəniz sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında aktivləşdirilib. Yeni sistem sərnişinlərə əlavə üstünlüklər təqdim edir. Artıq nağd pul və ya fiziki “BakıKart”ın daşınmasına ehtiyac qalmır – telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazı validatora yaxınlaşdırmaq kifayətdir – ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.

Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Qahirə marşrutu üzrə ilk çarter reysini yerinə yetirib. Protokola uyğun olaraq, Qahirə Beynəlxalq Hava Limanında təyyarənin ənənəvi su qövsü ilə qarşılanma mərasimi keçirilib. Birbaşa uçuşlar 2026-cı il fevralın 20-dək həftədə bir dəfə olmaqla hər cümə günü həyata keçiriləcək. Sərnişinlər Qahirə Beynəlxalq Hava Limanının 1-ci terminalından yola düşəcəklər.