#Fələstin dəstək aksiyaları

Təl-Əvivdə Qəzza müharibəsinin davam etməsinə qarşı və girovların azad olunması tələbi ilə keçirilən etiraz aksiyasının iştirakçısı saxlanılıb. İsrail Polisinin verdiyi məlumata görə, onun üzərindən tüstü qumbarası götürülüb. Bundan əlavə, bir neçə nümayişçiyə avtomobil yolunu bağlayaraq hərəkətə mane olduqları üçün cərimə yazıldığı bildirilib. Polis bəyan edib ki, “əsas etiraz yerlərində ictimai asayişin pozulmasına yol verməmək üçün gücləndirilmiş rejimdə fəaliyyət göstərir”.

Yunanıstan Kommunist Partiyasına (KKE) bağlı həmkarlar ittifaqı PAME-nin çağırışı ilə təşkil olunan etiraz aksiyasına yüzlərlə insan qatılıb. Sintaqma meydanında parlament binasının qarşısında toplaşan işçilər, məmurlar, təqaüdçülər və tələbələr İsrailin hücumlarını dayandırmağa çağırış ediblər. Etirazçılar Qəzzada həyatını itirən uşaqlara diqqət çəkmək üçün ağ kəfənə bürünmüş uşaq maketləri və tabutlarla aksiyada iştirak ediblər. Toplantı həmkarlar ittifaqı nümayəndələrinin çıxışları ilə başlayıb, daha sonra “Fələstinə azadlıq” şüarları səsləndirilib

London polisi Böyük Britaniyada qadağan olunmuş təşkilatlar siyahısına salınan Fələstin tərəfdarı "Palestine Action" hərəkatına dəstək aksiyasında 365 nəfəri saxlayıb. London polisinin verdiyi açıqlamaya görə, digər hüquq pozuntularına görə daha yeddi nəfər həbs edilib, onlardan beşi polis əməkdaşına hücum etməkdə ittiham olunur. Məlumata görə, ciddi xəsarət alan olmayıb.

"Fələstinə Dəstək Platforması"na daxil olan vətəndaş cəmiyyəti təşkilatları, İsrailin Qəzza zolağında davam etdirdiyi hücumlara və blokadaya qarşı “Qəzzaya ümid ol” şüarı ilə İstanbulda yürüşə başlayıblar. İştirakçılar, əllərində fənərlər və məşəllərlə Ayasofya Məscidinə doğru irəliləyərkən, şəhərin müxtəlif yerlərindən gələn insanlar Qəzzaya dəstək şüarları səsləndiriblər. Yürüş boyu “Azad Fələstin” və “Qatil İsrail” şüarları eşidilib.

Fələstinə Dəstək Platforması İsrailin hücumlarına məruz qalan Qəzza xalqına dəstək məqsədilə 9 avqust tarixində Bəyazıt Meydanından Ayasofya məscidinə qədər yürüş təşkil edəcək. Platforma sosial media hesabında “Qəzzəyə ümid işığı ol!” başlığı ilə bütün vətəndaşları yürüşə qatılmağa çağırıb.