#COP29

Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaqın (IPU) və Azərbaycan Respublikasının Milli Məclis birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşü çərçivəsində “İnsanların hərəkətliliyinin və iqlim dəyişikliyinin tənzimlənməsi: İqlim dəyişikliyi nəticəsində yaranan miqrasiya və yerdəyişmə problemlərinin həlli” sessiyası keçirilib.

Bakıda Parlamentlərarası İttifaqın (PAİ) və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkil etdiyi COP29 çərçivəsində Parlament Görüşü çərçivəsində Bakıda “Dəyişən iqlim şəraitində sağlamlığın və ərzaq təhlükəsizliyinin qorunması tədbirləri” mövzusunda sessiya keçirilib.

16 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə ölkəmizdə səfərdə olan Norveç Krallığının beynəlxalq inkişaf naziri Anne Beate Tvinreym ilə görüşüb.

Azərbaycan Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam şəkildə təmin olunmasından sonra qlobal gündəlikdə duran məsələlərin və qlobal problemlərin həllinə öz töhfəsini vermək baxımından daha genişmiqyaslı və qlobal xarakterli xarici siyasət həyata keçirir. COP29 da bu xüsusda olan tədbirlərdən biridir.