#ikitərəfli görüş

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Birlik Hökumətinin Baş naziri Abdülhamid Dibeybe ilə telefonla görüşüb. Görüşdə Türkiyə ilə Liviya arasındakı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub. Kommunikasiya İdarəsi məlumat yayıb ki, Prezident Ərdoğan Liviya Baş naziri Dibeybe ilə telefon danışığı aparıb.

Türkiyə Xarici İşlər Naziri Hakan Fidan 2 noyabr 2025-də İraqa rəsmi səfər edəcək. Səfər çərçivəsində ikitərəfli münasibətlər və bölgədəki aktual inkişaflar müzakirə olunacaq. Xarici İşlər Nazirliyinin mənbələrinin verdiyi məlumata görə, Nazir Fidan son dəfə 10 oktyabr 2025-də Ankarada İraq Baş nazirinin müavini və Xarici İşlər naziri Fuad Hüseyin ilə Su Ehtiyatları naziri Avn Diyab Abdullahı qəbul etmişdi. Bu dəfə Fidanın Bağdada həyata keçirəcəyi səfər həmin görüşdən üç həftə sonra baş tutacaq.

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilir. Zelenski ilə yanaşı, görüşə Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Mers, İtaliya baş naziri Corcia Meloni və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də qatılıb.

Alyaskada Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp danışıqlara başlayıblar. Görüş “Elmendorf-Riçardson” hərbi bazasında yerləşən xüsusi otaqda keçirilir. Məkan ənənəyə uyğun olaraq hər iki ölkənin – Rusiya və ABŞ-ın bayraqları ilə bəzədilib.