Tayland Kral Sarayının məlumatına görə, ölkənin “ana kraliçası” Sirikit 93 yaşında vəfat edib. AzerVocie xəbər verir ki, İkinci Dünya müharibəsindən sonrakı dövrdə Tayland monarxiyasına zəriflik və parlaqlıq gətirən Sirikit, uzun illər ərzində xalqın dərin hörmətini qazanmışdı.
#ASEAN
Oktyabrın 27-də Tramp Tokioya səfər edəcək və oktyabrın 28-də Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ilə görüşəcək. Oktyabrın 29-da Tramp Pusana uçacaq, orada Cənubi Koreya prezidenti Li Çje Myon ilə görüşəcək və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində çıxış edəcək. “Yerli vaxtla cümə axşamı prezident Vaşinqtona qayıtmazdan əvvəl Çin sədri Si [Cinpin] ilə ikitərəfli görüşdə iştirak edəcək”.
Etirazçılar paytaxt Kuala-Lumpurda yerləşən Bukit Bintang işgüzar məhəlləsindəki “McDonald’s” restoranı qarşısından yürüşə başlayıblar. Onlar İsrail işğalına dəstək verdiyini düşündükləri şirkətlərin boykot edilməsinə çağırış edərək, daha sonra Petronas əkiz qüllələrinin yerləşdiyi meydana yollanıblar. Sloganlarda ABŞ-ın İsrailə hərbi, maliyyə və siyasi dəstək verməklə “soyqırımın birbaşa himayədarı” olduğu vurğulanıb.
ABŞ prezidenti Donald Tramp yaxın zamanda Çinə səfər edə biləcəyini istisna etməyib.
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ilə Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində Kuala-Lumpurda yüksək səviyyəli görüş keçirilib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən ASEAN-ın 58-ci Xarici İşlər Nazirləri Toplantısında iştirak çərçivəsində bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb.