İsrail ordusunun Qətərdə HƏMAS rəhbərlərinə qarşı hücum həyata keçirdiyini elan etməsindən sonra, çərşənbə axşamı qlobal maliyyə bazarlarında gərginlik artdı. Bu bölgədə münaqişəni daha da kəskinləşdirdi və investorları təhlükəsiz sayılan aktivlərə yönəlməyə məcbur etdi. Nəticədə qızılın qiyməti tarixi rekord səviyyəni aşaraq ən yüksək göstəricisinə yüksəldi. Təsir yalnız qızıl ilə məhdudlaşmadı; yapon yeni və isveçrə frankı gün ərzində qazandıqları mövqeləri qorudu. Neftin qiyməti isə bir barel üçün təxminən 1 dollar artaraq 67 dollara yaxınlaşdı.
#hava zərbələri
Qətər rəhbərliyi İsrail Hərbi Hava Qüvvələrinin HƏMAS liderlərinə qarşı Dohada həyata keçirdiyi hücumları qətiyyətlə pisləyib. Bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari açıqlama verib. “Qətər Dövləti bu hücumu qətiyyətlə pisləyərək bildirir ki, İsrailin bu məsuliyyətsiz davranışına və regional təhlükəsizliyə davamlı müdaxilə cəhdlərinə dözməyəcək" - deyə, o bildirib.
Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) silahlı qüvvələri İsrailin hədəflərinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. Hücumlar Təl-Əvivdəki Ben-Qurion hava limanı, Eylat bölgəsinin yaxınlığındakı Ramon hava limanı və həmçinin Dimona şəhərində yerləşən mühüm obyekti də hədəf alıb.
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları bu gün səhər saatlarında Livanın cənubunda Hizbullaha məxsus hərbi obyektlərə azı səkkiz hava zərbəsi endirib. Bu barədə “Lebanon 24” xəbər portalı məlumat yayıb.
İsrail Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Sənaya hava zərbəsi endirib. Məlumata görə, hücum “Ənsar Allah” (husilər) təşkilatının liderinin çıxışının yayımlandığı vaxt həyata keçirilib.
İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubuna zərbə endirib. Hücum Colan təpələrinin atəşkəs xəttinin əvvəllər Suriyanın nəzarətində olan tərəfində yerləşən Taranja kəndindəki bir evi hədəf alıb. Nəticədə bir nəfər həlak olub.
İsrail Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Sənaya zərbələr endirib. İsrailin 12-ci kanalı bu hava hücumlarının Yəmən ərazisindən raket və pilotsuz uçuş aparatlarının atılmasına cavab olaraq həyata keçirildiyini bildirib.
İsrail ordusu Livanın cənubundakı Şəkif təpəsi bölgəsində Hizbullaha məxsus hərbi infrastruktur və yeraltı obyektləri hava zərbələri ilə hədəf alıb. Ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, hücumlar bölgədə müşahidə edilən hərbi fəaliyyətlərdən sonra həyata keçirilib. İsrail tərəfi bu obyektlərin mövcudluğunu İsrail–Livan razılaşmalarının pozulması kimi qiymətləndirib.
İsrail ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) Suriyanın cənubunda yerləşən Kuneytra vilayətindəki Daxili İşlər Nazirliyinin qərargahına hava hücumu təşkil edib. Hücum nəticəsində yalnız maddi ziyan qeydə alınıb, insan tələfatı yoxdur.
Zərbələr ölkənin Bəqaa bölgəsində yerləşən Birital qəsəbəsinin təpəlik ərazilərini, Ayşiyyə, Nasiriyyə, Əl-Hüreybə, Zəhle qəsəbələri ilə Şəra bölgəsini, Əl-Cərmak qəsəbəsinin ətrafını, ölkənin cənubundakı Əl-Mahmudiyyə və Əl-Xardəli bölgələrinə endirilib.
Yəməndəki "Ənsar Allah" (husilər) hərəkatı, İsrailin cənubundakı bölgələrə və Ben Qurion Hava Limanına zərbələr endirib.
İsrail Hərbi Hava Qüvvələri Livana hava zərbəsi endirib.