2025-ci ilin avqust ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 8 milyon 301 min 159 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 4 milyon 897 min 151 nəfər, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 3 milyon 404 min 8 nəfər təşkil edib. 2025-ci ilin avqust ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 90 min 66 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 54 min 681 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 8 faiz artaraq, 35 min 385 ton təşkil edib.
#Hava yük daşımaları
2025-ci ilin avqust ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 31 milyon 203 min 932 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 5 faiz artaraq, 13 milyon 809 min 786 nəfər, beynəlxalq reyslər üzrə isə 21,4 faiz artaraq 17 milyon 394 min 146 nəfər təşkil edib.
Çindən Türkiyəyə Orta Dəhliz marşrutu üzrə hərəkət edən Çin–Avropa yük qatarlarının çatma müddəti 15 günə qədər qısalıb.