30 oktyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın İstanbul şəhərinə (Türkiyə) işgüzar səfəri çərçivəsində Fond ilə Qlobal Dözümlülük və Sülh Şurası (GCTP) arasında Anlaşma Memorandumu imzalanıb.
#İstanbul
İstanbul Sənaye Palatasının İdarə Heyəti sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi müzakirə olunub. Nümayəndə heyəti ölkəmizin əlverişli işgüzar mühiti ilə tanış olub.
2025-ci ilin yanvar- sentyabr ayında Türkiyədə İraq kapitalı ilə 54 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 34 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İraq şirkətlərinin məcmu kapitalı 140 milyon 85 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 140 milyon 625 min 50 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
İstanbulda terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı, təşkilatın aktual təbliğat fəaliyyətlərini həyata keçirən və təşkilati ünsiyyət üçün istifadə edilən tətbiqlərdən istifadə etdiyi iddia olunan 21 şübhəli saxlanılıb. İstanbulda İŞİD silahlı terror təşkilatına qarşı keçirilən əməliyyat nəticəsində 21 şübhəli saxlanılıb. Şübhəlilərin evlərində aparılan axtarışlarda təşkilatın bayrağı və çox sayda rəqəmsal material tapılıb.
Əfqanıstan mətbuatının məlumatına görə, Pakistanla sərhəddə baş verən toqquşmalardan sonra elan edilən atəşkəsin təfərrüatlarını müzakirə etmək üçün İstanbulda keçirilən görüşdə tərəflər bir çox məsələdə razılığa gəlib, digər məsələlər üzrə danışıqların davam edəcəyi bildirilib. Əfqanıstanın paytaxtı Kabildə yerləşən Tolo News telekanalının verdiyi xəbərə əsasən, ABŞ-ın X sosial media platformasında yayımlanan məlumata görə, adları açıqlanmayan mənbələr danışıqların gedişatı barədə məlumat paylaşıb.
İstanbul Böyükşəhər Bələdiyyə Başçısı vəzifəsindən uzaqlaşdırılan Ekrem İmamoğlu, bakalavr diplomunun saxta olduğu iddiası ilə “zəncirvari şəkildə rəsmi sənəddə saxtakarlıq” ittihamı üzrə mühakimə olunur. Prokurorluq İmamoğlu üçün 2 il 6 aydan 8 il 9 aya qədər həbs cəzası tələb edir. İş üzrə məhkəmə iclası, İstanbul Ədliyyəsindəki 59-cu Asliye Cinayət Məhkəməsi zalının yetersiz qalması səbəbindən Silivridəki Marmara Qapalı Cəza İnfaz Müəssisəsinin 1 nömrəli zalında keçirilir.
Türkiyə Səhiyyə Nazirliyi tabeliyində fəaliyyət göstərən İstanbul Səhiyyə İdarəsi 2026-cı il üçün, qurumun xidmətlərində istifadə olunan nəqliyyat vasitələri üçün 90 min litr yanacaq alınması üzrə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Yanacaqlar tenderin nəticələri açıqlandıqdan sonra hissə-hissə təhvil alınmağa başlanacaq.
İstanbulda payız aylarında turizm sektoru canlanma mərhələsinə qədəm qoyub. Sənaye təmsilçiləri bildirirlər ki, ən güclü turist axını Avropa və ABŞ-dan gəlir, eyni zamanda Çindən səfərlər də artmağa başlayıb – bu, aviaşirkətlər arasında genişlənən uçuş əlaqələri ilə əlaqədardır.
İstanbul Ümraniyə Təhsil və Araşdırma Xəstəxanası 16 növ müxtəlif tibbi sərf materiallarının alınması məqsədilə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan 10 gün sonra təhvil alınmağa başlanacaq.
İstanbul Universitetnin Cerrahpaşa Tibb Fakültəsi Xəstəxanası iki növ, toplamda 650 ədəd tibbi ləvazimatın satın alınması üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan sonra 10 gün ərzində təhvil alınmağa başlanacaq.
İstanbul Qaz Paylama Sənaye və Ticarət A.Ş. (İGDAŞ) kibertəhlükəsizlik sahəsində proqram təminatı və dəstək xidmətlərinin satın alınması üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti 36 ay təşkil edir.
İstanbul Səhiyyə İdarəsi Eyüpsultan Dövlət Xəstəxanasında IP əsaslı təhlükəsizlik kamera sisteminin quraşdırılması və yenilənməsi işləri üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 120 gün təşkil edir.