#Pervin Buldan

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, DEM Partiyasının İmralı heyəti ilə Beştepedə görüş keçirib. Təxminən 1 saat davam edən görüş mediaya qapalı şəkildə baş tutub. Qəbulda DEM Partiyasının təmsilçiləri – TBMM sədr müavini və Van millət vəkili Pervin Buldan, Şanlıurfa millət vəkili Mithat Sancar, həmçinin AK Partinin sədr müavini Efkan Ala və MİT sədri İbrahim Kalın iştirak ediblər.

Pervin Buldan, Mithat Sancar və Özgür Faik Eroldan ibarət olan DEM Partiyasının İmralı heyəti, PKK terror təşkilatının başçısı Abdullah Öcalanla görüşmək üçün İmralı adasına gedib.