İsrailin məhdud keçid icazəsi verdiyi Rəfah sərhəd-keçid məntəqəsinin açılmasının dördüncü günündə cəmi 21 nəfər Qəzza zolağına daxil ola bilib. Aylardır yaxınlarından ayrı düşən çox sayda fələstinli saatlar öncəsindən Xan Yunusdakı Nasır xəstəxanasının qarşısına toplaşaraq doğmalarının yolunu gözləyib.
#Rəfah Qapısı
Fələstin Qızıl Aypara Cəmiyyətinin sözçüsü Raid ən-Nims Rəfah sərhəd keçid məntəqəsi vasitəsilə həyata keçirilməsi planlaşdırılan üçüncü qrup xəstə və yaralıların təxliyəsinin təxirə salındığını elan edib. Sözçü mətbuata verdiyi açıqlamada Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Reabilitasiya Xəstəxanasından xəstələrin çıxarılması prosesinin dayandırılması barədə məlumat aldıqlarını bildirib.
İsrail təxminən iki illik fasilədən sonra Misir sərhədində yerləşən Rəfah sərhəd keçid məntəqəsindən cəmi 12 fələstinlinin Qəzza zolağına qayıtmasına icazə verib. 2024-cü ilin may ayından bəri ilk dəfə məhdud və ciddi nəzarət altında ikitərəfli keçid üçün açılan məntəqədən 9 qadın və 3 uşaq olmaqla 12 fələstinli keçib. Onlar Birləşmiş Millətlər Təşkilatına (BMT) məxsus avtomobillərin müşayiəti ilə Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Nasir xəstəxanasına çatdırılıblar.
Səudiyyə Ərəbistanının Kral Salman Humanitar Yardım və Kömək Mərkəzi (KSrelief) tərəfindən hazırlanan yeni humanitar yardım karvanı çərşənbə günü Rafah sərhəd keçidindən Qəzza zolağına daxil olub. Karvanda böyük miqdarda ərzaq sovqatları yerləşdirilib və onlar Qəzza zolağının cənub-şərq hissəsinə çatdırılacaq. Yardımın çatdırılması Misir Qırmızı Aypara Cəmiyyəti ilə koordinasiya edilir və Səudiyyə xalq kampaniyasının bir hissəsi olaraq Fələstin xalqına dəstək məqsədi daşıyır. Bu yardım həmçinin Qəzza zolağının cənubundakı Al-Qarara və Al-Mawasi bölgələrində Səudiyyə düşərgələrinin qurulması ilə eyni vaxtda həyata keçirilir. Düşərgələr məcburi köçkünlər üçün sığınacaq və qış mövsümü üçün humanitar dəstək təmin edəcək.
HƏMAS-ın Qəzzada saxladığı 4 israilli əsirin cənazəsini gecə saatlarında təhvil verməsinin ardından İsrailin, Qəzzanın dünyaya açılan qapısı hesab edilən Qəzza-Misir arasındakı Rəfah Sərhəd Keçidini bu gün atəşkəs razılaşmasına uyğun olaraq açacağı bildirilib. İsrail dövlət televiziyası KAN-ın xəbərinə görə, İsrail hökuməti HƏMAS-a qarşı bu gün tətbiq ediləcəyini elan etdiyi sanksiyalardan imtina etmək qərarına gəlib.