#31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

Bəşəriyyət tarixinin səhifələri, vicdanları sızladan və nəhayət ki, günümüzdə də müxtəlif dövlətlər tərəfindən Asiya, Qafqaz, Afrika və Yaxın Şərqdə törədilən soyqırımı, vəhşət və qətliamlarla doludur. Bu ən acı səhifələrdən biri də 1918-ci ilin mart ayında erməni silahlı qruplaşmaları tərəfindən Azərbaycan türklərinə qarşı həyata keçirilmiş soyqırımıdır.