#Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

İclasda turizm sahəsində ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət imkanları, turizm təhsili, turizm məqsədli sahilyanı ərazilərin idarə olunması, qış, sağlamlıq və qastronomiya turizmi istiqamətləri, eləcə də dayanıqlı turizm üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

26-28 yanvar tarixlərində İspaniyanın Madrid şəhərində Madrid Qidalar Qovşağı Beynəlxalq Konqresində (“Madrid Fusion 2026”) Azərbaycanın qastroturizm imkanları tanıdılıb. Tədbirdə ölkəmizin qastroturizm imkanlarının tanıdılması məqsədilə milli qastronomiya stendində milli mətbəx nümunələri, o cümlədən Slou Fud “Dad gəmisi” siyahısına müvafiq biomüxtəliflik nümunələri, milli qənnadı məmulatları və quru meyvələr nümayiş etdirilib və ziyarətçilərə təqdim olunub.

Azərbaycanın turizm potensialı 15-18 yanvar tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Ferien-Messe Wien” turizm sərgisində nümayiş etdirilib. Azərbaycanın Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli milli stendə baş çəkərək nümayiş olunan turizm məhsulları ilə tanış olub.

Yanvarın 8-də Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FIS təqviminə əsasən, “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri start götürüb. Tədbirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev iştirak ediblər.

25-28 noyabr 2025-ci il tarixlərində Dövlət Turizm Agentliyinin dəstəyi ilə aqroturizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyədən olan mütəxəssislərin Lənkərana tanışlıq səfəri təşkil edilib. Türkiyə Respublikasının Kənd Təsərrüfatını və Kənd İnkişafını Dəstəkləmə Qurumu və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə baş tutan səfərdə Türkiyənin Trabzon və Rizə bölgələrininm aqroturizm təcrübələri haqqında məlumat verilib.

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə Qəbələ rayonunun Duruca kəndində turizmin İnkişafına dəstək layihəsini uğurla icra edib. Layihənin əsas məqsədi kənd turizminin inkişafını təşviq etmək, yerli icma üzvlərinin bu sahədə bilik və bacarıqlarını artırmaq və həssas qrupların iqtisadi fəallığa cəlb olunmasına dəstək göstərməkdən ibarət olub.

Oktyabrın 22-də insan alverinə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri çərçivəsində turizm sənayesi nümayəndələri üçün təlim təşkil olunub. Təlim Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə müdiri Araz Babayev, İnsan Alveri ilə Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova və koalisiyanın üzvü olan Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin təlimçisi Günel Ələkbərova tərəfindən keçirilib.

Oktyabrın 11-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı, tabeliyindəki Azərbaycan Turizm Bürosu və Azərbaycan Milli Kulinariya Mərkəzinin, eləcə də “Slow Food International” hərəkatının əməkdaşlığı ilə Şəki şəhərindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində “Terra Madre Shaki” qastronomiya festivalı keçirilib.

Təlimlərdə iştirakçılara kənd turizmi və onun inkişafının əhəmiyyəti, turizm sektorunun müasir tələbləri, qonaqpərvərlik və müştəri məmnunluğunun artırılması kimi mövzular geniş şəkildə izah edilib. İştirakçılar, turizm xidmətlərində keyfiyyətin yüksəldilməsi, turistlərlə etik davranış qaydaları, müştəri məmnuniyyətinin artırılması, sağlamlıq və təhlükəsizlik məsələlərinə düzgün yanaşmaların tətbiqi, eləcə də işçilərin peşəkar inkişafı üçün vacib bacarıqları və şərtləri öyrənmişdir.