#Cevdet Yılmaz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Dövlət Başçıları Şurasının Zirvə Toplantısında iştirak etmək üçün Çinə səfər edib. AzerVoice xəbər verir ki, Ərdoğanı Esenboğa hava limanında vitse-prezident Cevdet Yılmaz, Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər yola salıblar.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları ilə bağlı açıqlama verib. O bildirib ki, ədalətli və qarşılıqlı hörmətə əsaslanan bir sülh mühiti bütün bölgə üçün müsbət nəticələr verəcək. Sosial media hesabında açıqlama yayan Yılmaz, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın Ağ Evdə birgə sülh bəyannaməsi imzalamasını məmnunluqla qarşıladıqlarını qeyd edib. Yılmaz, bu prosesin davamlı və dayanıqlı sülhlə nəticələnməsini arzuladıqlarını bildirib.

Sosial media hesabında açıqlama yayan Yılmaz, planın konkret bir müqavimət təşkilatına qarşı deyil, bütövlükdə Fələstin xalqına yönəldiyini vurğulayıb. O, İsrailin mülki əhalini, o cümlədən uşaqları hədəf almasının qanunlara və bütün humanitar dəyərlərə zidd olduğunu, atəşkəsdən yayındığını, yardımlara mane olduğunu və iki dövlətli həll yolunu məhv etdiyini qeyd edib.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz əmək bazarına dair son göstəricilərlə bağlı paylaşım edərək, insan yönümlü və əhatəli inkişaf siyasətləri çərçivəsində sosial rifahın artırılacağını və işsizliyin azaldılacağını bildirib.