#İran-İsrail münaqişəsi
Müdafiəmiz tamamilə legitimdir və güc mövqeyindən həyata keçirilir. Əgər İsrailin bu təcavüzü dayandırılarsa, təbii ki, bizim cavab hücumlarımız da dayandırılacaq
Pilotun təyyarədən katapultla tullandığı, daha sonra isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı qüvvələri tərəfindən saxlanıldığı bildirilib.
Böyük Britaniya İsrail-İran münaqişəsi fonunda Yaxın Şərqdə gərginliyin artması səbəbindən bölgədəki hərbi mövcudluğunu gücləndirir.
Livanda fəaliyyət göstərən Hizbullah Hərəkatı İsrailin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hücumu “bölgədəki bütün qaydaların və tarazlıqların pozulması” kimi qiymətləndirib.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu İsrailin İrana hücumlarının ardından təhlükəsizlik səbəbilə İran, İraq, Suriya və İordaniyaya uçuşların 16 iyun 2025-ci il tarixinədək təxirə salındığını açıqlayıb.
İsrail ordusunun sözçüsü Effi Defrin İran əleyhinə hücumların davam etdiyini bildirərək, “uzunmüddətli bir əməliyyata hazırlıqlı olmalıyıq” mesajını verib.
Misir Xarici İşlər Nazirliyi İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarını qəti şəkildə pisləyib və bu addımı “regional təhlükəsizliyi təhlükə altına alan təşəbbüs” kimi qiymətləndirib.
İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei, bu gün səhər saatlarında İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumları nəticəsində həyatını itirən yüksək rütbəli komandirlərin yerinə yeni hərbi rəhbərlərin təyin edildiyini açıqlayıb.