#AMB

Azərbaycan Mərkəzi Bankı (AMB) 22 aprel tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi dəyişməz olaraq 1,7000 manat olub. Avronun manata qarşı məzənnəsi 1,9957 manat, 1 türk lirəsi 0,0378 manat, 100 rus rublu isə 2,2716 manat təşkil edib.

Son aylarda beynəlxalq reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatı və xüsusilə bank sektoru ilə bağlı açıqlamaları diqqət mərkəzindədir. "Fitch Ratings", "Moody"s" və "S&P Global Ratings" kimi nüfuzlu qurumlar öz hesabat və təqdimatlarında bank sektorunun dayanıqlılığını, kapitallaşma səviyyəsini və tənzimləyici çərçivənin güclənməsini xüsusi vurğulayırlar. Bu qiymətləndirmələr həm makroiqtisadi sabitliyin qorunması, həm də maliyyə sistemində aparılan struktur islahatların nəticəsi kimi dəyərləndirilir.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb. Bu barədə AzerVoice Mərkəzi Banka istinadən xəbər verir. Bildirilib ki, qərar faktiki inflyasiyanın proqnoz trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi mühit, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülük mexanizmi nəzərə alınmaqla qəbul edilib.

Azərbaycan Mərkəzi Bankı (AMB) 7 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. AMB-yə istinadən xəbər verir ki, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.7000 manat olub. Manata nəzərən avronun məzənnəsi isə 1.9844 manat təşkil edib. 1 Türkiyə lirəsi 0.0418 manat, 100 Rusiya rublu 2.1250 manat olub.