HƏMAS-ın silahsızlaşdırılması və “Hizbullah”ın qalan arsenalının dövlətin nəzarətinə verilməsi istiqamətində intensiv işlərin getdiyi, Qəzza və Livanın cənubunda İsrail müharibəsinin sonuna ümidlərin yarandığı bir vaxtda, Yəməndəki husilər yenidən İran istehsalı silahlarla təhdidlərə başlayıblar. Bu dəfə hədəf nə İsrail, nə də ABŞ, birbaşa qonşu Səudiyyə Ərəbistanıdır.
#İran Husilərə necə dəstək verir?
Qəzzada atəşkəs razılaşmasının qüvvəyə minməsi ilə Yəməndəki husilər növbəti mərhələ qarşısında çaşqınlıq və narahatlıq içində görünür. Onlar Qırmızı dənizdə hərbi gərginliyi davam etdirmək üçün yeni bəhanələr axtarır, eyni zamanda nəzarət etdikləri ərazilərdə artan ictimai narazılıq və iqtisadi böhranla üzləşməməyə çalışırlar.
Husilər nə Livan kimi müəyyən siyasi institutlara sahib dövlət, nə də klassik anlamda nizami orduya malikdirlər. Onlar, daha çox İranın ali rəhbərinə bağlı, təlim keçmiş silahlı milislər kimi qiymətləndirilir.
ABŞ-ın Yəməndə husilərə qarşı hava hücumları Tramp administrasiyasının İranı təzyiq altında saxlamaq və Tehrana nüvə proqramı ilə bağlı ciddi danışıqlara məcbur etmək məqsədilə həyata keçirdiyi geosiyasi strategiyanın bir hissəsidir.
Yəmənin gələcəyi, xalqının birliyi və beynəlxalq ictimaiyyətin ədalətli müdaxiləsi olmadan, Husilərin yaratdığı zülm və xaos içində məhv olmağa davam edəcək.