İsrail ordusu cümə axşamı səhər saatlarında hökumətlə HƏMAS hərəkatı arasında Qəzzədə atəşkəs və bütün girovların azad edilməsi barədə əldə olunan razılaşmanı alqışlayıb. Ordudan verilən açıqlamada bildirilib ki, qüvvələr girovların qarşılanması üçün hazırlıqlara başlayıb. AzerVoice xəbər verir ki, ordunun “X” platformasında yayımladığı bəyanatda qeyd olunub ki, “Baş Qərargah rəisi Eyəl Zamir güclü müdafiə mövqeyinin saxlanılması və bütün mümkün ssenarilərə qarşı tam hazırlıq vəziyyətinin təmin edilməsi barədə göstəriş verib.”