#Azərbaycan

Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi 2026–2027-ci tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşları üçün hökumətlərarası təqaüd proqramı elan edib. Proqram Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında 11 oktyabr 2004-cü il tarixində imzalanmış təhsil sahəsində əməkdaşlığa dair müqavilə əsasında həyata keçirilir.

2015-ci ildən, BMT nin qərarı ilə 11 fevral Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı günü kimi qeyd olunur. Elmdə gender bərabərliyinə diqqət çəkmək, qadın alimlərin nailiyyətlərini işıqlandırmaq və qızların elmə marağını gücləndirmək üçün bütün dünya məhz bu gün həmrəydir. Sözsüz ki, elmdə zərif cinsin nümayəndələrinin iştirakı cəmiyyələrin davamlı inkişafı üçün vacibdir. Bu bizim üçün də belədir.

Fevralın 11-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilir. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında keçirilən iclasda mədəniyyət naziri Adil Kərimli, kollegiyanın üzvləri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, komitənin üzvləri, müvafiq ali təhsil ocaqlarının, yaradıcılıq təşkilatlarının rəhbər və nümayəndələri, tanınmış mədəniyyət xadimləri, nazirliyin tabe qurumlarının rəhbərləri iştirak edirlər.

10 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) rəhbərliyi Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının nümayəndə heyəti ilə görüş keçirib. Görüş çərçivəsində Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə “Maliyyə bazarları: son inkişaflar, islahat istiqamətləri və Azərbaycanda maliyyə dərinləşməsi perspektivləri” mövzusu ətrafında geniş fikir mübadiləsi aparıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 13-də fevral ayının pensiyalarının ödənişinə başlayacaq. Bildirilir ki, cari ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar bu artımlarla birgə və yanvar ayının artımı da əlavə olunmaqla veriləcək. Qrafikə uyğun olaraq həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödəniləcək.