#Azərbaycan

Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasının keçiriləcəyi məkan və tarix müəyyənləşib. Təşkilatın nümayəndələri Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə sabah, 7 mart 2026-cı il tarixində İstanbulda bir araya gələcəklər. Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu kritik görüşdə təşkilat daxilindəki son proseslər və yaxın gələcəkdə atılacaq strateji addımlar ətraflı şəkildə müzakirə olunacaq. Həmçinin nazirlərin güncl qlobal və regional məsələlər ətrafında genişmiqyaslı məsləhətləşmələr aparması planlaşdırılır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub. BBMM-in icraçı direktoru Rəvan Həsənov Leyla Əliyevaya Mərkəz haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan Mərkəz Azərbaycanın multikulturalizm modelinin öyrənilməsi, qorunması və beynəlxalq səviyyədə təbliği istiqamətində mühüm layihələr həyata keçirir, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Hər il beynəlxalq səviyyəli konfranslar, elmi seminarlar, dəyirmi masalar və forumlar təşkil olunur. Bu tədbirlərdə müxtəlif ölkələrdən alimlər, tədqiqatçılar, ekspertlər və ictimai xadimlər iştirak edərək multikulturalizm, dinlərarası dialoq və mədəniyyətlərarası əməkdaşlıq mövzularını müzakirə edirlər.

Martın 5-də Türkiyə Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikasının Dini Qurumlala İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İğdır valisi Mustafa Fırat Taşolar ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin regionda əməkdaşlığın möhkəmlənməsinə və xalqlar arasında qarşılıqlı etimadın güclənməsinə mühüm töhfə verdiyi qeyd olunub. Bildirilib ki, müxtəlif sahələrdə həyata keçirilən birgə təşəbbüslər əlaqələrin daha da inkişafına yeni imkanlar yaradır.

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana kimyəvi maddə məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 80 milyon 578 min 39 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Azərbaycana kimyəvi maddə məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz artaraq, 43 milyon 748 min 90 dollara çatdırıb.

Cari ilin hazırlıq planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) nəzdində Bayraktar Teknoloji Azərbaycan Uçuş Hazırlığı Təlim Mərkəzində Bayraktar TB2 Sistemi üzrə mütəxəssislərin hazırlığı kursunun birinci buraxılış mərasimi keçirilib. Bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,61 ABŞ dolları və ya 6,82 faiz artaraq bir barel üçün 87,90 ABŞ dolları təşkil edib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 5,34 dollar və ya 6,82 faiz bahlaşaraq 83,69 dollar olub.

Azərbaycan Körfəz regionunda yerləşən bəzi kiçik dövlətlərdən biri deyil. Azərbaycan Qarabağ zəfərini qazanmış, quruda və havada regional güc olan dövlətdir. Hər kəs hesabını buna uyğun aparmalıdır. Onun sözlərinə görə, Azərbaycan Qarabağ müharibəsində əldə etdiyi qələbə ilə həm quruda, həm də havada ciddi hərbi imkanlara malik olduğunu nümayiş etdirib.