#Azərbaycan

Son günlər bəzi sosial media platformalarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı tamamilə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Regionda mövcud olan gərginlik fonunda sosial şəbəkələrdə mənbəyi təsdiqlənməmiş, qeyri-dəqiq informasiyaların yayılması ictimai rəydə yanlış təsəvvürlərin formalaşdırılmasına xidmət edir və məqsədli dezinformasiya xarakteri daşıyır.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Türkmənistana səfəri çərçivəsində bu ölkənin təhsil nazirinin müavinləri ilə görüşüb. Nazir müavini iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, görüş zamanı müasir texnologiyaların, eləcə də süni intellektin təhsildə tətbiqinin gücləndirilməsinə dair müzakirələrə xüsusi önəm verib.

“Sülh Körpüsü” Təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqu və birbaşa əlaqələri təşviq etməyə davam edir. Aprelin 10–12-də Azərbaycanda “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçiriləcək.

2026-cı ili əhatə edən fəaliyyət planının icrası üçün 1,18 milyon ABŞ dolları əlavə vəsaitə ehtiyac var. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında məlumat verib.

Azərbaycanda iqlim məlumatlılığının artırılması və təhlükəli hidrometeoroloji hadisələrlə bağlı erkən xəbərdarlıq sisteminin daha da təkmilləşdirilməsi planlaşdırılır. Onun sözlərinə görə, layihə Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdiriləcək və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən həyata keçiriləcək. Bununla yanaşı, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ölkədə iqlimə davamlı şəhər və icmaların formalaşdırılması istiqamətində layihələr hazırlayır.

Bəzən tarix gurultulu hadisələrlə deyil, səssiz qərarlarla yazılır. Bəzən bir zəng, bir jest, vaxtında verilmiş bir mesaj bütöv regionun siyasi ritmini dəyişə bilir. Yaxın Şərqdə baş verən hadisələrin fonunda Cənubi Qafqazın mürəkkəb geosiyasi labirintində məhz belə məqamlardan biri yaşandı. Prezident İlham Əliyev ilə Məsud Pezeşkian arasında baş tutan telefon danışığı, sadəcə, iki dövlət başçısını deyil, iki siyasi xətti birləşdirdi. Etiraf etmək lazımdır ki, İran ilə ABŞ arasında əldə olunan iki həftəlik atəşkəs zahirən müvəqqəti fasilə təsiri bağışlasa da, əslində regionun gələcək dinamikası üçün mühüm bir nəfəs imkanı yaratdı.

Azərbaycanın 2026-cı ildə Dünya Şəhər Forumuna ev sahibliyi etməsi beynəlxalq səviyyədə mühüm hadisə kimi qiymətləndirilir. Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatı tədbirin uğurlu və təsirli keçirilməsi üçün bütün sistem üzrə dəstək göstərməyə hazırdır.

Səfər çərçivəsində nazir müavini Türkmənistanın təhsil naziri Cumamırat Qurbangeldiyevin dəvəti əsasında Məhtimqulu adına Türkmən Dövlət Universitetində məktəblilər üçün təşkil edilmiş 3-cü Beynəlxalq Riyaziyyat Olimpiadasının açılış mərasimində iştirak edib. Olimpiada çərçivəsində Firudin Qurbanov şagirdlərin nümayiş etdirdiyi lövhələrə və guşələrə baxış keçirib.

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,59 ABŞ dolları və ya 3,81 faiz artaraq bir barel üçün 125,03 ABŞ dolları təşkil edib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 4,99 dollar və ya 4,34 faiz bahalaşaraq 119,88 dollar olub.