#Quba

Fevralın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Quba rayonuna səfər ediblər. Əvvəlcə Quba şəhər ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinə baş çəkilib. Bildirilib ki, burada 79-u oğlan, 35-i qız olmaqla 114 məktəbli təhsil alır. Leyla Əliyeva və Alena Əliyeva internat məktəbində yaradılan şəraitlə tanış olub, uşaqlarla səmimi söhbət edib, onların məşğələ proseslərini izləyib, fotolar çəkdirib və şagirdlərə məktəbli ləvazimatları təqdim ediblər. Məktəbdə şagirdlər tərəfindən hazırlanan mədəni proqram təqdim olunub, şeirlər səsləndirilib, mahnılar ifa olunub.

Energetika naziri Pərviz Şahbazov Quba rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, küçə işıqlandırılması, qeyri-yaşayış obyektinin qazlaşdırılması, elektrik dirəklərinin yerinin dəyişdirilməsi, mühafizə zonaları, sayğacların quraşdırılması, elektrik təsərrüfatının yenilənməsi, elektrik enerjisi və qazdan istifadəyə görə borcun yaranması, elektrik enerjisinin keyfiyyəti, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.

TECHERA və QİAD-ın birgə təşkilatçılığı ilə Quba şəhərində regionun biznes və rəqəmsal inkişafına həsr olunan sammit baş tutacaq. tədbir Quba, Qusar, Xaçmaz və ətraf rayonlardan olan sahibkarları, şirkətləri və gənc mütəxəssisləri bir araya gətirməklə yanaşı, Bakıdan iri holdinqlərin, dövlət və özəl müəssisələrin nümayəndələrinin iştirakı ilə geniş əməkdaşlıq imkanları yaradacaq.

Müasir hüquqi münasibətlərdə mübahisələrin yalnız məhkəmə yolu ilə həlli artıq yeganə çıxış yolu sayılmır. Son illər Azərbaycanda tətbiq olunan mediasiya mexanizmi vətəndaşlara mübahisələrini daha çevik, daha az xərc və stresslə həll etmək imkanı yaradır. Bu mərhələnin mahiyyəti və praktik əhəmiyyəti barədə Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas–mediator Hümmət Əliyev suallarımızı cavablandırdı.

Energetika naziri Pərviz Şahbazov 06 fevral tarixində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-dan başlayaraq Quba rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ4000, Quba şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) keçiriləcək.

DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi istiqamətində növbəti addım olaraq Tərtər rayonunda Qarabağ Regional DOST Mərkəzinin DOST filialı fəaliyyətə başlayıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov filialda yaradılan şəraiti və xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər.

Şaxtalı hava şəraitinə baxmayaraq, Qusar rayonu ərazisində polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətini davam etdirir. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun məlumatına görə, yollarda təhlükəsizlik tam təmin olunur. Zərurət yarandıqda sürücülərə və piyadalara operativ yardım göstərilir. Köməyə ehtiyacı olan şəxslər polis naryadlarının daim diqqət mərkəzində saxlanılır.

Bu gün Quba ASAN Xidmət Mərkəzinin Təlim-tədris binasında ASAN Könüllüləri üçün insan hüquqları və mediasiya mövzusunda maarifləndirici görüş keçirilib. Tədbir Quba 1 saylı Məntəqə Təlim Mərkəzinin direktoru, hüquqşünas-mediator Hümmət Əliyevin təqdimatında baş tutub. O, iştirakçılara insan hüquqlarının tarixi inkişafı, beynəlxalq hüquqi sənədlər, hüquqların müdafiəsi mexanizmləri və mediasiyanın mübahisələrin sülh yolu ilə həllində rolu barədə geniş məlumat verib.