#vətəndaş cəmiyyəti

İran iki Fransa səfirliyi əməkdaşının ölkəyə qayıtmasına icazə verilməyəcəyini açıqlayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai həmin şəxslərin ötən ay yaranmış diplomatik mübahisə ilə bağlı ölkəyə geri dönə bilməyəcəyini bildirib. Onun sözlərinə görə, əməkdaşlar Vyana Konvensiyasının müddəalarını pozublar. Bəqai onların İran vətəndaş cəmiyyətini dəstəkləyən fəaliyyətlə məşğul olduqlarını deyib. İran rəsmisi belə fəaliyyətin Vyana Konvensiyasının pozulması olduğunu vurğulayıb. O, əməkdaşların konkret hansı fəaliyyətlə məşğul olduqlarını açıqlamayıb. Tehran uzun müddətdir Qərbin İranın daxili işlərinə müdaxiləsi hesab etdiyi fəaliyyətlərə qarşı sərt mövqe tutur. İranın bu məsələyə münasibəti ABŞ və İsrail ilə davam edən qarşıdurma fonunda daha da həssas xarakter alıb.

“Sülh Körpüsü” Təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqu və birbaşa əlaqələri təşviq etməyə davam edir. Aprelin 10–12-də Azərbaycanda “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçiriləcək.

09 yanvar 2026-cı il tarixində “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin ofisində Quba rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının iştirakı ilə dəyirmi masa formatında görüş keçirilib. Tədbirdə ictimai birliklərin cəmiyyətin inkişafında artan rolu vurğulanıb, Azərbaycan Respublikası Prezidentinin QHT-lərə və ümumilikdə vətəndaş cəmiyyətinə göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilib.