Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma qaydası təsdiqlənib

    26 Dekabr 2025 12:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma qaydası təsdiqlənib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma qaydası təsdiqlənib.

    AzerVoice xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Qərarda risklər reyestrinin sahibi tərəfindən informasiya təhlükəsizliyi riskləri reyestrinin aparılmasının hüquqi, texniki və təşkilati əsaslarına, risklərin qiymətləndirilməsinə, risklərin emalının təşkilinə və təmin olunmasına, reyestrlərin hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən könüllülük əsasında aparılmasına, habelə risklər reyestrinin sahibi və operatoru üçün həmin reyestrdə olan biliklər və yeni aşkar olunan təhdidlər barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə və onların yenilənməsinə dair tələblər nəzərdə tutulub.

    Dövlət orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və digər büdcə təşkilatları məsul olduqları informasiya məkanlarında informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə təhdidlərin qarşısının alınması məqsədilə 6 ay müddətində informasiya təhlükəsizliyi riskləri reyestrinin yeni təsdiqlənən qaydanın tələblərinə uyğun formalaşdırılmasını təmin etməlidirlər.

    Bundan başqa "İnformasiya məkanında informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə təhdidlərin kateqoriyalar üzrə təsnifatlaşdırılmış toplusu"nun daxil edilməsi və daim yenilənməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin internet informasiya ehtiyatında "Təhdidlər və həllər" kataloqu yaradılacaq.

    #Əli Əsədov #Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti #informasiya təhlükəsizliyi riskləri #kibertəhlükəsizlik reyestri #informasiya məkanında təhdidlər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əli Əsədov ÜGT-nin Baş katibi ilə əməkdaşlığın inkişafını müzakirə edib

    13 İyul 2026 18:59

    Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib

    10 İyul 2026 17:49

    Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

    1 İyul 2026 17:45

    Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri barədə qaydalar təsdiqlənib

    25 İyun 2026 18:59

    Baş nazir TBMM sədri Numan Kurtulmuş ilə görüşüb

    24 İyun 2026 18:26

    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

    24 İyun 2026 13:00

    Özbəkistana etibarlı və perspektivli tərəfdaş kimi beynəlxalq maraq artır - Əli Əsədov

    17 İyun 2026 10:23

    Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü

    16 İyun 2026 16:34

    Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb

    22 May 2026 10:43

    Əli Əsədov Türkmənistana getdi

    21 May 2026 21:47

    Baş nazir leysan yağışlarının nəticələri ilə bağlı müşavirə keçirib - Tapşırıqlar verib

    4 Aprel 2026 15:11

    Azərbaycan- Türkiyə strateji əlaqələr müzakirə olunub

    2 Aprel 2026 18:49
    XƏBƏR LENTİ

    ABŞ-ın borcu 40 trilyon dollara yaxınlaşır - maliyyələşmə niyə bahalaşdı?

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.