Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Vətəndaşlar bu hallarda şəxsiyyət vəsiqəsini dəyişdirməli olacaqlar

    14 İyul 2025 11:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Vətəndaşlar bu hallarda şəxsiyyət vəsiqəsini dəyişdirməli olacaqlar
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    Şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibi yenilənəcək.

    AzerVoice xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

    Qanun layihəsinə əsasən, şəxsiyyət vəsiqəsinin məlumatları onun üzərində, elektron daşıyıcısında və “Giriş-çıxış və qeydiyyat” idarələrarası məlumat-axtarış avtomatlaşdırılmış sistemində (bundan sonra İAMAS) olan məlumatlardan ibarət olacaq.

    Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, vətəndaşlığı, doğulduğu yer, yaşayış yeri, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti göstəriləcək həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəkli yerləşdiriləcək.

    Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil ediləcək:

    vətəndaşın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi, vəsiqənin verilmə tarixi, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəkli;
    vəətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı;
    vətəndaşın əl-barmaq izləri;
    şəxsiyyət vəsiqəsini verən orqanın adı;
    “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulduğu halda digər məlumatlar.
    Vətəndaşın şəxsiyyət vəsiqəsi ilə bağlı İAMAS-da olan və müvafiq dövlət informasiya sistemlərindən (ehtiyatlarından) ötürülən məlumatlardan aşağıdakılar İAMAS-da kriptoqrafik vasitələrlə mühafizə olunaraq saxlanılacaq:

    vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi və hərbi vəzifəsi;
    vətəndaşın valideynlərinin soyadı, adı, atasının adı, vətəndaşın qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə məlumatları;
    vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstəriləcək);
    vətəndaşın uşaqlarının soyadı, adı, doğum tarixi və cinsi.
    Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə, şəxsiyyət vəsiqəninin elektron daşıyıcısına və müvafiq dövlət informasiya sistemlərinə (ehtiyatlarına) daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdeh olacaq.

    Şəxsiyyət vəsiqəsinin məlumatları Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) biləcək. Şəxsiyyət vəsiqəsinin məlumatlarının Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq.

    Həmçinin vətəndaşın yaşayış yeri dəyişdikdə şəxsiyyət vəsiqəsi dəyişdiriləcək.

    Bundan əlavə, şəxsiyyət vəsiqəsinin müvafiq dövlət informasiya sistemlərinə (ehtiyatlarına) daxil edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarında səhv müəyyənləşdirildikdə səhv məlumatları daxil etmiş orqana vəsiqə təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdiriləcək.

    Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

    #Milli Məclis
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanda cərimə balları artırıla bilər

    5 İyun 2026 11:50

    Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri gücləndirir

    4 İyun 2026 12:10

    Türkiyəli deputatlar Milli Məclisdə olublar

    2 İyun 2026 20:27

    Aqrar sektorda yeni yol xəritəsi kənd təsərrüfatının dönüş nöqtəsi olacaq - Sevil Mikayılova

    26 May 2026 15:12

    Sahibə Qafarova Qırğız Respublikası Joqorku Keneşinin sədri ilə görüşüb

    21 May 2026 21:49

    Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

    14 May 2026 18:41

    Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro parlamentinin sədri ilə görüşüb

    7 May 2026 19:46

    Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib

    7 May 2026 19:09

    Milli Məclisin sədri Sahibə Qafarova Monqolustanın Baş prokuroru ilə görüşüb

    6 May 2026 18:39

    Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

    4 May 2026 19:22

    Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa çalışırlar – Komissiya

    2 May 2026 10:43

    Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

    1 May 2026 13:43
    XƏBƏR LENTİ

    ABŞ nümayəndəsi: Tramp Livan məsələsinə görə Netanyahu ilə ciddi fikir ayrılığı yaşayıb

    Netanyahu: İranın bölgədə yeni qaydalar müəyyən etməsinə imkan verməyəcəyik

    İsrail Livanın Sur şəhərinin bir hissəsi üçün təxliyə çağırışı edib

    Qalibaf: ABŞ və İsrail etimad yaratmaq üçün real addımlar atmır

    İran Qızıl Aypara Cəmiyyəti: Hücuma məruz qalan 12 əraziyə xilasedicilər göndərilib

    Oman sahillərində tankerdə yanğın baş verib, heyət təxliyə olunub

    İsrailin son hava zərbələri nəticəsində İranda azı 15 nəfər yaralanıb

    Elm və təhsil naziri Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak edib

    Pakistanın baş naziri tərəfləri təmkinli olmağa çağırıb

    İsrailin Qəzza şəhərinə endirdiyi zərbədə qadınlar və uşaqlar yaralanıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.