Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Geyim təkcə görünüş deyil, həyat tərzidir - Tanınmış stilist Ayaz Este

    6 May 2025 16:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Geyim təkcə görünüş deyil, həyat tərzidir - Tanınmış stilist Ayaz Este
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Keyfiyyətə yönəldim, say azaldı, məmnuniyyət artdı .

    Bunu AzerVoice-ə açıqlamasında tanınmış stilist Ayaz Este deyib. tanınmış stilist Ayaz Este geyim seçimində keyfiyyətin önəmini vurğulayıb.

    Onun sözlərinə görə, geyim insanın zövqünü və statusunu göstərməklə yanaşı, həyat tərzinə, rahatlığına və uzunmüddətli xərclərinə də ciddi təsir edir. O qeyd edib ki, xüsusilə son illərdə sürətli moda (fast fashion) brendlərinin artması ilə bazarda keyfiyyətsiz geyim bolluğu müşahidə olunur ki, bu da həm istehlakçıya, həm də ətraf mühitə zərər verir.

    Ayaz Este bildirib ki, keyfiyyətli geyimlə keyfiyyətsiz geyim arasında əsas fərqlər artıq ilk toxunuşdan hiss olunur: “Keyfiyyətli məhsullarda pambıq, yun, ipək və kətan kimi təbii materiallara üstünlük verilir. Bu parçalar dərinin nəfəs almasına imkan yaradır və istifadə zamanı maksimum rahatlıq təmin edir. Sintetik materiallar isə əksinə, istini saxlayır, tər ifrazını artırır və allergiyaya səbəb ola bilər.”

    Stilist həmçinin əlavə edib ki, tikiliş keyfiyyəti də böyük rol oynayır. Onun fikrincə, keyfiyyətli geyimlərin tikiş xətləri düz, səliqəlidir, düymələri möhkəm bərkidilib və uzunmüddətli istifadə üçün nəzərdə tutulub: “Keyfiyyətsiz məhsullar bir neçə yuma sonrası formasını itirir, tikişləri açılır və tez dağılır.”

    Ayaz Este geyimin ömrü və dayanıqlığına da toxunaraq qeyd edib ki, ucuz məhsulların cazibədar qiyməti əslində illik xərcləri artırır: “Keyfiyyətsiz geyimləri tez-tez dəyişmək lazım gəlir, amma keyfiyyətli məhsul illərlə öz formasını saxlayır və insanın həm vaxtına, həm də büdcəsinə qənaət edir.”

    Stilist deyib ki, kəsim və formanın duruşu da vacib amillərdəndir: “Keyfiyyətli geyimlər insan bədən quruluşuna uyğun dizayn edildiyindən üzərimizdə daha estetik və səliqəli görünür. Bu isə həm görünüşə, həm də özünəinam hissinə təsir edir.”

    Sonda Ayaz Este bildirib ki, keyfiyyətli geyim insana zövq, rahatlıq və dəyər hiss etdirir: “Keyfiyyətli geyim təkcə xarici görünüş deyil, həm də insanın özünə olan münasibətinin göstəricisidir. Az, amma yaxşı – bu prinsip hər zaman uğurlu nəticə verir.”

    #Ayaz Este
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Papaq sadəcə bir geyim deyil - bu, kimliyin özüdür

    7 Aprel 2026 10:30

    Fast fashion və istehlak böhranı - geyim vərdişlərimiz ətraf mühiti necə təhlükəyə atır?

    6 Fevral 2026 12:08

    Düzgün geyinmək çətindirmi? Kişilər üçün sadə və təsirli geyim qaydaları

    26 Yanvar 2026 13:22

    Niyə 90-lar qayıdır? - Tanınmış stilist Ayaz Este

    8 Aprel 2025 16:21

    Steve Jobs-un Stil Manifesti

    17 Fevral 2025 14:33

    Modanın gücü ilə geyimin əhvalımıza təsiri- Stilist Ayaz Este

    18 Yanvar 2025 10:30

    Yeni ildə stil dəyişikliyi nə qədər önəmlidir?- Stilist Ayaz Este

    3 Yanvar 2025 14:00

    Rənglərin sehirli ahəngi ilə şəxsiyyəti necə ifadə etmək olar? - Tanınmış stilist Ayaz Este

    13 Dekabr 2024 10:38

    Dar geyimlər hərəkətləri məhdudlaşdırır- Tanınmış stilist Ayaz Este

    2 Dekabr 2024 09:00

    Qış geyimində nə seçilməlidir - comfort , yoxsa dəb – Tanınmış stilist Ayaz Este

    22 Noyabr 2024 09:00

    Tədbirlərdə Necə və Nə Üçün Geyinməli?

    20 Noyabr 2024 13:00

    Şəxsi Brendinqdə İmicin Rolu

    13 Noyabr 2024 14:31
    XƏBƏR LENTİ

    Romanovlar ailəsinin edamı: 300 illik imperiya sülaləsinin sonu

    Tarixdə bu gün - 16 İyul

    Rubio ifrat solçu terrorçuluqla bağlı beynəlxalq toplantı keçirəcək

    Qalibaf milli maraqlar üçün vahid mövqeyin vacibliyini vurğulayıb

    Enerji təchizatında uzunmüddətli fasilə qlobal iqtisadiyyata ciddi zərbə vura bilər - BVF

    Danışıqlar güzəştə getmək demək deyil - Qalibaf

    Bəndər Abbas üzərində ABŞ-a məxsus pilotsuz uçuş aparatı vurulub - İran

    İşğal altındakı İordan çayının qərb sahilində gərginlik davam edir

    Meyndə demokratların Senat debatı səkkiz namizədlə keçiriləcək

    "X" platforması hansı yeni öhdəlikləri yerinə yetirəcək?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.