Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Səhiyyə Nazirliyi əhalini qrip əleyhinə vaksinasiyaya çağırdı

    9 Sentyabr 2024 15:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Səhiyyə Nazirliyi əhalini qrip əleyhinə vaksinasiyaya çağırdı
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Səhiyyə Nazirliyi əhalini qrip əleyhinə vaksinasiyaya çağırıb.

    AzerVoice xəbər verir ki, bu barədə Nazirliyin qrip əleyhinə vaksinasiya ilə bağlı əhaliyə müraciətində bildirilib.

    Qeyd edilib ki, qarşıdan gələn payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir.

    "Bununla əlaqədar, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib. Səhiyyə Nazirliyinin müvafiq Əmrinə əsasən 10 sentyabr 2024-cü il tarixindən vaksinasiyaya başlanılır.

    Respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların və xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı əhalinin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir.

    Həmçinin cari ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə bağlı dünyanın müxtəlif ölkələrindən Azərbaycana çoxsaylı qonaqların səfəri gözlənilir.

    Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi sözügedən əhali qrupları ilə yanaşı COP29-la bağlı tədbirlərə cəlb olunan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.

    Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər", - məlumatda deyilir.

    Səhiyyə Nazirliyi əhalini qrip əleyhinə vaksinasiyaya çağırdı
    Səhiyyə Nazirliyi əhalini qrip əleyhinə vaksinasiyaya çağırdı
    #Səhiyyə Nazirliyi #vaksinasiya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzada ölənlərin sayı 73 377-yə çatıb

    4 Avqust 2026 18:22

    ABŞ zərbələri nəticəsində İranda ölənlərin sayı 55 nəfərə çatıb

    24 İyul 2026 17:11

    İyulun 6-dan bəri ABŞ hücumları nəticəsində azı 50 nəfər həlak olub - İran

    18 İyul 2026 18:21

    Qəzzada ölənlərin sayı 73 min 231 nəfərə çatıb

    13 İyul 2026 17:44

    İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4 322 nəfərə çatıb

    11 İyul 2026 22:49

    Qəzzada ölənlərin sayı 73 mini keçib

    9 İyul 2026 21:20

    Qəzzada qan bankları və laboratoriyalar tam dayanma təhlükəsi ilə üzləşib

    9 İyul 2026 18:48

    Livanda İsrail hücumları nəticəsində ölənlərin sayı 4 min 319 nəfərə çatıb

    6 İyul 2026 19:27

    Qəzzada ölənlərin sayı 73 min 98 nəfərə çatıb

    6 İyul 2026 18:29

    Qəzzada son 48 saatda azı 16 nəfər həlak olub

    4 İyul 2026 21:16

    İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı artıb

    1 İyul 2026 21:14

    Səhiyyə Nazirliyində BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə Xüsusi Elçisi ilə görüş keçirilib

    1 İyul 2026 17:58
    XƏBƏR LENTİ

    Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.