Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Qazaxıstan və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzasında xəsarət alanların təxliyəsi ilə bağlı konsilium keçirəcək

    28 Dekabr 2024 16:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qazaxıstan və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzasında xəsarət alanların təxliyəsi ilə bağlı konsilium keçirəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Qazaxıstan həkimləri Aktauda baş vermiş təyyarə qəzasında xəsarət alan iki xəstənin təxliyəsi ilə bağlı Azərbaycanlı həmkarları ilə konsilium keçirəcək.

    AzerVoice xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyinin bəyanatında bildirilir.

    "Hazırda Manqistau vilayətinin çoxprofilli xəstəxanasında 6 xəstə müalicə olunur. Onlardan dördü reanimasiya şöbəsində, ikisi isə travmatologiya şöbəsindədir. Xəstələrin vəziyyətində pisləşmə müşahidə edilmir. Bir xəstə vazopressor preparatlardan çıxarılıb, bir qadın xəstənin tonik dərmanlarının dozası isə 3-dən 1-ə qədər azaldılıb.

    Qırğızıstan Respublikasının səhiyyə qurumları ilə üç zərərçəkmişin, onlardan ikisinin səhhəti nəqliyyat vasitəsilə daşına bilinməsinə hazır, birinin isə ağır vəziyyətdə süni tənəffüs aparatına qoşulmuş halda daşınması ilə bağlı məsələlər müzakirə olunur.

    Azərbaycana iki xəstənin təxliyəsi məsələsi ilə bağlı həkimlərlə konsilium keçirmək, onların nəql üçün hazırlığını qiymətləndirmək planlaşdırılır", - deyə nazirlikdən bildirilib.

    Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

    Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

    Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

    Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

    26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

    #AZAL
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    AZAL Naxçıvan reyslərini yenidən bərpa edib

    22 May 2026 10:25

    AZAL-ın Naxçıvan reysləri ləğv edilib

    18 May 2026 21:23

    Azərbaycan və Rusiya XİN-ləri AZAL təyyarəsi ilə bağlı bəyanat yayıblar

    15 Aprel 2026 16:11

    AZAL təyyarəsinin qəzası üzrə bütün texniki ekspertizalar əldə edilib — Qazaxıstanın vitse-premyeri

    20 Mart 2026 13:02

    Naxçıvanla nəqliyyat əlaqəsinin təmin olunması üçün Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub

    5 Mart 2026 23:45

    Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşlarının Ciddə şəhərindən təxliyəsi həyata keçirilib

    4 Mart 2026 22:44

    AZAL təyyarəsinin qəzası ilə bağlı Azərbaycanın mövqeyi tamamilə qətiyyətlidir - Ceyhun Bayramov

    26 Fevral 2026 10:19

    Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı hesabat üçün Rusiya və Qərb laboratoriyalarının ekspert rəyini gözləyir

    21 Yanvar 2026 17:32

    AZAL Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib

    9 Yanvar 2026 15:58

    Bakıdan Qahirəyə ilk çarter reysi ilə 85 sərnişin gəlib

    27 Dekabr 2025 09:32

    Rusiya tərəfindən AZAL təyyarəsinin zədələnməsi ilə bağlı təqdim olunan məlumatlar Azərbaycanı ciddi təəccübləndirib - Nazir

    26 Dekabr 2025 17:12

    AZAL təyyarəsinin vurulmasından sonra Rusiya ilə dialoqlar davam edir - Ceyhun Bayramov

    26 Dekabr 2025 15:49
    XƏBƏR LENTİ

    İranın qərb hava məkanı müvəqqəti bağlanıb

    İsraildə məktəblər ikinci gün də bağlı qalacaq

    Vaşinqtonun əlində hansı real təsir vasitələri var?

    Oman sahillərində neft tankerində yanğın baş verib

    Trampın müraciətindən sonra yeni qərar verildiyi bildirilir

    Son hücumlar bölgədə yeni müharibənin başlanğıcı ola bilər?

    Kallas tərəfləri yenidən danışıqlar masasına qayıtmağa çağırıb

    Netanyahu və Tramp arasında telefon danışığı olub

    Məsud Pezeşkian: İran nə mübarizədən, nə də danışıqlardan geri çəkilir

    Avropa İttifaqı hansı yeni sanksiyalar tətbiq edib?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.