Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    BQXK nümayəndələri Qarabağ separatçılarına baş çəkib

    4 Noyabr 2024 13:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    BQXK nümayəndələri Qarabağ separatçılarına baş çəkib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Oktyabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkiblər.

    Bu barədə AzerVoice-in sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

    Bildirilir ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

    "Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir", - deyə məlumatda qeyd olunub.

    Qeyd edək ki, istintaqı Baş Prokurorluq və DTX əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən davam etdirilən cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib.

    #Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ceyhun Bayramov BQXK-nin prezidenti ilə regiondakı humanitar məsələləri müzakirə edib

    1 May 2026 12:14

    HƏMAS daha iki ölü girov cəsədini İsrailə təhvil verəcək

    15 Oktyabr 2025 22:12

    Əfqanıstanda zəlzələ fəlakəti: - Qırmızı Xaç təcili yardım çağırışı edir

    1 Sentyabr 2025 14:09

    Qəzzada 13 fələstinli əsir Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə azad edilib

    24 Avqust 2025 20:24

    HƏMAS girovlara yardım məsələsində BQXK ilə əməkdaşlığa hazırdır

    3 Avqust 2025 22:39

    Qəzzaya humanitar yardımın çatdırılması bir neçə həftə vaxt ala bilər - Qızıl Xaç Komitəsi

    30 İyul 2025 21:27

    7 oktyabrdan bəri əsir tutulan fələstinlilər sərbəst buraxılıb

    2 İyul 2025 11:15

    Ukraynaya 1212 əsgərin cəsədi təhvil verilib

    11 İyun 2025 15:25

    TAKSİMDƏ UŞAQ SƏRGİSİ keçirilib

    2 Mart 2025 15:45

    Türkiyə ilə əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik - Qızıl Xaç

    9 Yanvar 2025 13:00

    İsrailin Livanda könüllülərə hücumu qəbuledilməzdir - Qızıl Xaç

    14 Oktyabr 2024 17:20

    Bakıda hərbi əməliyyatların idarə olunmasına dair seminar keçirilir

    7 Oktyabr 2024 09:45
    XƏBƏR LENTİ

    İranın Küveytdə ABŞ qüvvələrinə hücumu uğursuz olub - CENTCOM

    ABŞ-də naməlum şəxs bankda bir neçə nəfəri girov götürüb

    Roma və Bizans nümunəsində - ABŞ zəifləyir, yoxsa yenidən formalaşır?

    Osmanlı imperiyasını 24 il məşğul edən müharibə - Balaca uşaq Krit müharibəsinə necə səbəb oldu?

    Londonda terror hücumu - Səkkiz dəqiqə ərzində baş verən faciə

    Tarixdə bu gün - 3 İyun

    8 ölkə İsrailə qarşı birgə bəyanat yayıb

    Ayətullah Əli Xameneinin dəfni üç günlük mərasimlə keçiriləcək

    ABŞ-İran danışıqlarında Trampın rolu və baxışı necədir?

    Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.