Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və həyat: Şəriət, tarix, əxlaq
    İslam və həyat: Şəriət, tarix, əxlaq

    Hörmət məqsədilə kiminsə qarşısında əyilmək olarmı?

    12 İyul 2024 11:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hörmət məqsədilə kiminsə qarşısında əyilmək olarmı?
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    İslam tövhid dinidir və insandan Uca Allaha yönəlməyi və yalnız ona ibadət etməyi tələb edir. Toxunmaq istədiyimiz məsələ "Allahdan başqasına səcdə etmək" barədədir.

    İslamda Peyğəmbərin yoldaşları olan səhabələr Peyğəmbərə olan sevgilərinin yüksək səviyyədə olması səbəbilə ona “Sənə səcdə edəkmi?” sualına qarşı Peyğəmbər buna icazə verməmişdi.

    Əgər onlara izin versəydi, ona hörmət səcdəsi edərdilər. İbadət səcdəsi deyil. Necə ki, qardaşları Yusufa aleyhissəlam səcdə etmişdilər.

    Ona görə də Peyğəmbərin qəbrinə ucaltma və təzim məqsədilə səcdə etmək qəti şəkildə qadağandır və bunun nəhy/qadağan olduğu insanlara öyrədilməlidir. Həmçinin, Peyğəmbərin qəbrinə doğru namaz da bunun kimidir.”

    “Hədis: Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu:

    “Allahım! Qəbrimi ibadət edilən büt qılma. Nəbilərinin qəbirlərini məscid edən qövmə Allahın qəzəbi (əzabı) şiddətli olar.”

    Ərəblər bütlərə doğru namaz qılar və ona ibadət edərdilər. Rəsulullah, ümmətinin keçmiş ümmətlərin etdiyini təkrarlamasından ehtiyat etdi. Belə ki, onlar, peyğəmbərləri öldüyü zaman bütlərlə rəftar etdikləri kimi, onun qəbri ətrafında ibadət edirdilər.

    Rəsulullah səhabələrini və ümmətindən olan digərlərini, özündən əvvəlki ümmətlərin etdikləri pis əməllərdən çəkindirmişdir. O ümmətlər ki, Nəbilərinin qəbirlərinə doğru namaz qılar, qəbri qiblə və məscid edərdilər. Necəki. Bütpərəstlər səcdə edib böyütdükləri bütlərinə bunu edirlər. Bu böyük şirkdir.” (İbn Abdil Bərr: Ət Təmhid: 5/45, 1387/ 1967)

    “İnsanlar ittifaq etdilər: Təzəllül (zillət) və təzim məqsədilə bütə səcdə etmək küfrdür. Əgər belə bir şey oğul və ata arasında olsa və yaxud övliyalara və alimlərə olsa və bununla təzim və təzəllül qəsd edilsə, bu, küfr olmaz.

    Buradakı fərqi anlamaq çətindir. Əgər sən desən ki, ataya və alimə səcdə etməklə qəsd edilən şey Uca Allaha yaxınlaşmaqdır və bu səbəbə görə küfr olmaz, mən deyərəm ki, bütlərə səcdə də belə idi. Onlar deyirdilər: “Biz onlara, ancaq bizi Allaha daha da yaxınlaşdırsınlar deyə ibadət edirik.” (Əz Zumər: 39/3) Bu səcdəylə Uca Allaha yaxınlaşmağı qəsd etdiklərini açıq şəkildə ifadə edirdilər.

    Əgər sən desən ki, Uca Allah atalara və alimlərə təzimi əmr etmiş, lakin bütlərə təzimi əmr etməmiş, əksinə bunu qadağan etmişdir ki, bu səbəblə bu əməl küfrdür, mən deyərəm ki, əgər bu iki haldakı səcdə, məfsədət/zərər baxımından eyni qəbul edilsə, Allahın adətində “bəzi yerlərdə küfr olan” şeyləri əmr etmək muhaldır/imkansızdır. Çünki, Uca Allah buyurur: “Qulları üçün küfrə razı olmaz” (Əz Zumər: 39/7). Bunun mənası budur ki, tərkibində küfrün fəsadı olan felə icazə verilməz və bu təşri edilməz. Həmçinin belə deyilməz: “Uca Allah bunu atalar və alimlər haqda təşri edib, bütlər üçün etmədi.

    Alimlərin Böyük əksəriyyəti bütə təzəllül və təzim məqsədilə səcdə edilməsinə qəti şəkildə icazə vermirlər. Çünki bu küfr olaraq qəbul edilir. Valideynə, vəlilərə, alimlərə təzim məqsədilə səcdə isə hər nə qədər qadağan edilsə də küfr sayılmaz. Ümumiyyətlə alimlər, edilən səcdədə niyyəti əsas götürürlər. Nəyə səcdə edilirsə edilsin, əgər onun ilah və ya Uca Allahın şəriki olduğu etiqadıyla edilərsə əlbətdəki bu küfr olar və bunda şübhə yoxdur.

    Hörmət məqsədilə kiminsə qarşısında əyilmək olarmı?
    #Sual-cavab
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kəbənin idarəçiliyi yəhudilərə verilibmi?

    17 May 2026 01:26

    Allahın ilk olaraq yaratdığı şey nə idi?

    26 Aprel 2026 16:52

    Zikr haqqında Quranda nə deyilir?

    5 Aprel 2026 10:29

    Ramazan bələdçisi: Qüsl, dəstəmaz və oruc haqqında hər şey

    22 Fevral 2026 18:59

    Oruclu halda müayinə,müalicə və dərman qəbulu qaydaları

    20 Fevral 2026 00:25

    Sahur etmədən oruc tutmaq olar? Ramazan ayının ən çox verilən sualı

    18 Fevral 2026 22:00

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    15 Fevral 2026 20:00

    Kəbənin qiyamətə yaxın dağıdılması ilə bağlı hədislər nə bildirir

    11 Yanvar 2026 16:59

    İslamda duanın mənəvi mahiyyəti və qəbul şərtləri

    21 Dekabr 2025 11:00

    Orqan bağışlamağın İslamda hökmü – Həkimlər və alimlər nə deyir?

    30 Noyabr 2025 19:50

    Sərxoşluq və ibadət: İçki içən şəxsin namazı qəbul olunurmu?

    29 Noyabr 2025 17:12

    İblisin cinsiyyəti barədə iddialar - fakta əsaslanan cavab

    29 Noyabr 2025 15:36
    XƏBƏR LENTİ

    İran-İsrail qarşıdurmasında yeni mərhələ: Yaxın Şərq yenidən genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzə

    Xiaomi 17T smartfonunun icmalı: Mükəmməl kameralara sahib praktik cihaz

    Onlayn mediasiya qanunvericilikdə necə tanınır?

    Süni intellektin ən yaxşı 10 test və qiymətləndirmə aləti

    Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

    Linuxda arxivləşdirmə və sıxılma: Tar, Zip və Unzip komandaları

    Paşinyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa sadiqliyini bəyan edib

    Paşinyanın partiyası hökuməti təkbaşına qurmaq hüququ əldə edib

    Ermənistanda seçkilər: Paşinyanın partiyası qalib gəlib

    Fateh Sultan Mehmedin səfərləri Osmanlı iqtisadiyyatına necə təsir edirdi?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.