Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və həyat: Şəriət, tarix, əxlaq
    İslam və həyat: Şəriət, tarix, əxlaq

    Hansı hallarda orucun kəffarəsi yaranar?

    14 Mart 2024 15:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hansı hallarda orucun kəffarəsi yaranar?
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Öncəki məqaləmizdə orucla bağlı söyləmək isdədiklərimizi üç əsas başlıq altında alacağımızı yazmış və birincini təfsilatlı şəkildə təqdim etmişdik. Birinci başlıqda orucun mahiyəti, orucun kimlərə vacib olması, orucu pozan bir sıra hökmlərə toxunmuşduq.

    İkinci ələ alacağımız başlıq, orucunu pozan və ya pozulan şəxslərin izləmələri gərəkən davranışlardır.

    Bildiyimiz kimi oruc, hər bir müsəlman, həddi büluğa yetişmiş, dinimizin nəzərə aldığı istisna üzrləri olmayan və əqli baxımından da sağlam kişi və qadına vacibdir. Ramazan günlərində yuxarıdakı kateqoriyaya girən oruc tutmayan müsəlman günah işləməkdədir. Eyni zamanda sübh namazı azanına qədər niyyət edib oruca başlayan insanın daha sonra, dinimizin məqbul görmədiyi hallarda orucunu pozması da günahdır.

    Hökmünü bilərək və məqsədyönlü şəkildə ilk məqaləmizdə qeyd olunan orucu pozan amillərdən hər hansı birini oruc əsnasında etmək günah olmaqla yanaşı orucu da pozar. Orucu pozma səbəbi və orucu pozan amildən asılı olaraq bəzən orucun qəzasını tutmaqla bərbər kəffarəsini də yerinə yetirməli, bəzən sadəcə oruc pozduğu gün sayı qədər qəza orucu tutmalı, bəzən isə sadəcə fidyə ödəməli oluruq.

    Orucun kəffarəsi - gücü yetirsə ya kölə azad etməli, buna gücü yetmirsə altımış kasıb insanı yemək verərək doyuzdurmalı, buna da gücü yetmirsə iki ay ardıcıl oruc tutmalıdır. Burada kəffarə ardıcıllığını olduğu kimi izləmək lazımdır.

    Orucu pozan amillərdən kəffarə gərəkdirən yeganə amil, oruclunun sübh azanından günəşin qürubuna qədərki vaxt içində boşalma yaşanmasa belə cinsi münasibətə girməsi halıdır. Oruclu ikən cinsi münasibətdə olmaq dimizdə böyük günahlardan sayılır və tövbə etmək gərəktirir.

    Lakin oruclu, oruc tutduğunu unudaraq, İslam dini ilə yeni tanış olduğuna görə və yaxud da uzun müddət lazımi dini məlumatları öyrənə biləcək islami biliklərə sahib olmayaraq,hökmünü bilmədən bu addımı atıbsa orucu pozulmamış sayılar. Ona görə hər bir müsəlman yeni başlayacağı bir işin və ya ibadətin hökmlərini, qaydalarını öyrənməklə mükəlləfdir.

    Bu başlıqla əlaqəli digər məsələlər aşağıdakı kimidir:

    - İki aylıq kəffarə orucu ardıcıl tutulmalıdır və bu ardıcıllığı pozmamaq vacibdir. Əks təqdirdə sonuncu gün belə olmuş olsa kəffarə orucunu yenidən, sıfırdan başlanılmalıdır.

    - Kəffarə orucunu ardıcıllığı xəstəlik, təcili və zəruri ehtiyac üçün səfər etmə, komaya düşmə və ya bənzəri qeyri ixtiyari səbəblərdən dolayı pozulmuşsa, kəffarənin qaldığı gün sayısından başlamaq olar.

    - Orucunu cinsi münasibət yolu ilə pozub sonra rüxsətindən (dinimizin səfərdə və xəstəlik halında orucu açma güzəşti) istifadə etmək üçün səfərə çıxanın bu hiyləsi kəffarəni keçərsiz etməz.

    - Oruclu ikən səfərdə cinsi münasibətlə orucu pozan günah qazansa da, onun kaffarəni yerinə gətirmək öhdəliyi olmaz. Əgər səfər rüxsətindən istifadə etməyə niyyətlənib orucunu cinsi münasibətə girərək açarsa günah qazanmaz. Lakin hər iki halda qəza orucunu tutmalıdır.

    - Sübh azanının oxunmadığı düşüncəsi ilə cinsi münasibətə davam edən şəxs də kəffarə ilə yükümlü deyildir. Lakin sonradan cinsi münasibətin sübh azanında sonra yaşandığı aydın olarsa orucu pozulmuş olar, əks halda orucu keçərli sayılar.

    - Günəşin batdığını düşünərək cinsi münasibətə girən insana da kəffarə gərəkməz. Lakin daha sonra bu davranışının qürubdan qabaq baş verdiyini öyənmiş olarsa qəza orucunu tutar.

    - Unudaraq orucu pozan amillərdən biri edərsə və daha sonra orucunun pozulduğunu düşünərək cinsi münasibətə girərsə bu zaman orucu pozulmuş sayılar, lakin kəffarə gərəkməz.

    - Eyni gündə bir neçə dəfə cinsi münasibətə girən insana yalnız bir kəffarə vacib olar. Lakin eyni ayda fərqli-fərqli günlərdə cinsi münüasibətə girən şəsx gün sayı qədər kaffarə ilə mükəlləfdir.

    - Oruclu ikən həyat yoldaşı ilə cinsi münasibətə olan qadın, ərinə bu günah işdə tabe olduğuna görə günah qazanar və orucunu pozmuş olar. Belə halda qadına kəffarə gərəkməz lakin daha sonra bu günün oruc qəzasını tutmalıdır.

    - İlk iki kəffarə növünü gücü yetmədiyinə görə yerinə yetirə bilməyənlər maddi olaraq himayəsində olmayan altımış kasıb insanı doyurmalıdırlar. Bu növ kəffarədə yeməyi istərsə bişmiş halında istərsə də ərzaq halında verə bilər. Ortalama səviyyə çeşidindən olan bir yeməyi iki kasıba vermək keçərli deyildir.

    - Cinsi müasibət yaşanmayan, mastrubasiya və ya şəhvətli görüntülərə baxmaq, həyat yoldaşı ilə qucaqlaşmaq, öpüşmək yolu ilə boşalma (sperma xaric olma) hallarında da insana kəffarə gərəkməz. Lakin günah qazanmaqla bərabər qəza orucunu tutmalıdır.

    Bu məqaləmizin sonunda bir daha xatırladaq ki Ramazan ayında tutulan orucun səvabı digər günlərdəki tutulan oruc səvabından qat-qat üstündür. Oruclu insanlar mümkün qədər oruclarına məsuliyyətli yanaşmalı və üzrlü səbəblər xaric heç bir halda oruclarını pozmamalıdırlar. Gənc evli cütlüklər, o cümlədən özlərini kontrolda tuta bilməyənlər oruclu ikən şəhvət oyadıcı qucaqlaşma və öpüşmə kimi davranışları tərk etməlidirlər.

    Hansı hallarda orucun kəffarəsi yaranar?
    #Sual-cavab
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kəbənin idarəçiliyi yəhudilərə verilibmi?

    17 May 2026 01:26

    Allahın ilk olaraq yaratdığı şey nə idi?

    26 Aprel 2026 16:52

    Zikr haqqında Quranda nə deyilir?

    5 Aprel 2026 10:29

    Ramazan bələdçisi: Qüsl, dəstəmaz və oruc haqqında hər şey

    22 Fevral 2026 18:59

    Oruclu halda müayinə,müalicə və dərman qəbulu qaydaları

    20 Fevral 2026 00:25

    Sahur etmədən oruc tutmaq olar? Ramazan ayının ən çox verilən sualı

    18 Fevral 2026 22:00

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    15 Fevral 2026 20:00

    Kəbənin qiyamətə yaxın dağıdılması ilə bağlı hədislər nə bildirir

    11 Yanvar 2026 16:59

    İslamda duanın mənəvi mahiyyəti və qəbul şərtləri

    21 Dekabr 2025 11:00

    Orqan bağışlamağın İslamda hökmü – Həkimlər və alimlər nə deyir?

    30 Noyabr 2025 19:50

    Sərxoşluq və ibadət: İçki içən şəxsin namazı qəbul olunurmu?

    29 Noyabr 2025 17:12

    İblisin cinsiyyəti barədə iddialar - fakta əsaslanan cavab

    29 Noyabr 2025 15:36
    XƏBƏR LENTİ

    Süni intellektin ən yaxşı 10 test və qiymətləndirmə aləti

    Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

    Linuxda arxivləşdirmə və sıxılma: Tar, Zip və Unzip komandaları

    Paşinyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa sadiqliyini bəyan edib

    Paşinyanın partiyası hökuməti təkbaşına qurmaq hüququ əldə edib

    Ermənistanda seçkilər: Paşinyanın partiyası qalib gəlib

    Fateh Sultan Mehmedin səfərləri Osmanlı iqtisadiyyatına necə təsir edirdi?

    Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

    Bağdadda hərbi qarşıdurma xofu: İraq hökuməti qruplaşmaların silahlarını müsadirə edir

    Ən yaxşı düyməli telefonlar: 2026-cı ilin reytinqi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.