Siyasət

İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi rəsmi səfər çərçivəsində Azərbaycan Respublikasına səfərə gəlib. Onu Bakıda rəsmi şəxslər qarşılayıblar. Səfər proqramına uyğun olaraq yaxın saatlarda bir sıra rəsmi tədbirlərin və görüşlərin keçirilməsi nəzərdə tutulur. Səfərlə bağlı əlavə məlumatın daha sonra açıqlanacağı bildirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Banqladeş Xalq Respublikasının paytaxtı Dəkkə şəhərinə səfər ediblər. Səfər çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 7-də Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri, dünyaşöhrətli iqtisadçı, Nobel Sülh Mükafatı laureatı professor Məhəmməd Yunusla görüşüblər.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ötən həftə ərzində ictimaiyyətə təqdim edilmiş rəsmi məlumatlar, hadisələr və fəaliyyətlərin xronoloji ardıcıllıqla əks etdirildiyi icmal xarakterli videoçarx yayımlanıb. Videoçarxda Silahlı Qüvvələrin gündəlik fəaliyyəti, keçirilmiş təlimlər, beynəlxalq əməkdaşlıq çərçivəsində baş tutan görüşlər, eləcə də ordu həyatına dair mühüm məqamlar ətraflı şəkildə əks olunub.

Azərbaycan Fələstin və Suriya ilə diplomatik münasibətlərini rəsmi səfərlər, beynəlxalq platformalarda ardıcıl mövqe və humanitar təşəbbüslər vasitəsilə gücləndirir. Bəziləri Azərbaycanın Yaxın Şərq siyasətinin olmadığı düşüncəsində olsalar da, əslində bu belə deyil. Azərbaycan iddia olunanların əksinə olaraq, İsrail, İran və Türkiyədən asılı olmayan müstəqil Yaxın Şərq siyasəti yürütməkdədir. Təbii ki, Bakının rəsmi Yaxın Şərq siyasətində adı sadalanan ölkələrlə, xüsusən də Türkiyə ilə siyasi məsləhətləşmələri var.