#Efiopiya Federativ Demokratik Respublikasının xarici işlər naziri

Fevralın 27-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Efiopiya Federativ Demokratik Respublikasının xarici işlər naziri, COP32-nin müəyyən olunmuş Prezidenti Gedion Timotevos Hessebon ilə görüşüb. Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə görüşü zamanı iki ölkə arasında BMT-nin iqlim konfransları (COP) sahəsində təcrübə mübadiləsinin müzakirə edilməsinə toxunaraq, dövlətimizin başçısının tapşırığı ilə Azərbaycanın Efiopiya ilə tam əməkdaşlığa hazır olduğunu vurğulayıb.