Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur - Prezidentin köməkçisi

    20 İyul 2025 11:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur - Prezidentin köməkçisi
    Facebook Twitter LinkedIn Pinterest Email

    ŞUŞA, AzerVoice

    “Molla Nəsrəddin” jurnalı Bakıda nəşr edildiyi dövrdə də etimadsız yanaşma, savadsızlıqla mübarizə aparırdı, Azərbaycan dilini inkişaf etdirirdi. Bu, doğrudan da böyük bir mübarizə, psixoloji bir savaş idi.

    AzerVoice xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” adlı III Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı söyləyib.

    44 günlük Vətən müharibəsində Azərbaycanın böyük bir dezinformasiya ilə qarşılaşdığını qeyd edən Prezidentin köməkçisi yerli medianın bununla mübarizəyə sinə gərdiklərinə diqqət çəkib.

    3-çü Şuşa Qlobal Media Forumun aktual mövzuları əhatə etdiyini, süni intellektin əhəmiyyətindən bəhs etdiyini deyən Hikmət Hacıyev, həmçinin deyib: “Həqiqət dəyişib və böyük təhdid altındadır. Xəbərlərdə faktlar, rəqəmlər mənzərə yaratmır. İnsanlar inanclara daha çox üstünlük verirlər”,- deyə o əlavə edib.

    Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur. “Bəşəriyyət olaraq sosial medianı idarə etməyi bacarmamaq bizim üçün məğlubiyyətdir. Bu böyük xaos yaradır. Beynəlxalq institutlar, təsisatlar süni intellektin etik normalarını nəzərə almalıdır. Biz bu gün rəqəmsallaşmış bir media haqqında danışırıq, hansı ki bizim fikirlərimizi dəyişir. Biz maşınlara qarşı mübarizə aparırıq. Bəşəriyyət yeni düşüncə, platforma yaradıb. O bizim kimi düşünən bir varlıqdır”,- deyə H.Hacıyev qeyd edib.

    #Hikmət Hacıyev #III Şuşa Qlobal Media Forumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dezinformasiya ilə mübarizə D-8 Media Mükəmməllik Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri olacaq - Hikmət Hacıyev

    13 İyul 2026 19:06

    Media Mükəmməllik Mərkəzi D-8 üzv dövlətlərinin KİV-ləri arasında əməkdaşlıq platformasına çevriləcək - Hikmət Hacıyev

    13 İyul 2026 19:03

    Azərbaycanda diplomatik xidmət əməkdaşlarının peşə bayramı münasibətilə rəsmi qəbul keçirilib

    10 İyul 2026 12:04

    Hikmət Hacıyev iqtisadiyyat professoru Ceffri Saksla görüşüb

    3 İyul 2026 13:24

    Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb

    25 İyun 2026 19:28

    Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlər müzakirə olunub

    25 İyun 2026 17:19

    Hikmət Hacıyev ilə Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

    14 İyun 2026 17:30

    Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur - Hikmət Hacıyev

    1 May 2026 20:49

    Azərbaycan unikal bərpa və quruculuq modelini təqdim edir - Hikmət Hacıyev

    1 May 2026 20:36

    4 minə yaxın vətəndaşımızın taleyi hələ məlum deyil - Hikmət Hacıyev

    1 May 2026 20:25

    İşğal dövründə qanunsuz tikililərlə bağlı şəhərsalma planına uyğun olaraq müəyyən addımlar atılır - Hikmət Hacıyev

    1 May 2026 20:12

    Qafqazda yeni status-kvo formalaşır - Hikmət Hacıyev

    1 May 2026 16:50
    XƏBƏR LENTİ

    Məhsulu yoxluğu ilə satmaq mümkündürmü? Brendlər “çatışmazlıq” strategiyası ilə istehlakçının diqqətini necə cəlb edir?

    Uşaq geyimində “krop” trendi niyə yayılır? Marketinq mütəxəssisləri səbəbləri açıqlayır

    Bu gün Adolf Hitlerin “Mənim Mübarizəm” kitabının ilk cildi nəşr olundu

    Tarixdə bu gün - 18 İyul

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.