Bakı. AzerVoice
“Azərbaycanın bütün ərazilərdini əhatə edənm parlament seçkilərinin keçirilməsi bizi qürurlandırır. Xəyallarımızda olanların gerçəkliyə çevrildiyi bir dövrdə yaşayırıq.
AzerVoice xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Versal və ADA universitetlərinin müəllimi, ALİM elmi assosiasiyasının rəhbəri Günel Səfərova deyib.
O vurğulayıb ki, artıq Laçında, Xankəndidə, Şuşada insanlarımız öz doğma torpaqlarında öz seçdikləri deputatlığa namizədə səs verə biləcəklər:
“Uzun illər o torpaqlarımız işğal altında olduğuna görə, həmin ərazilərdə heç bir seçki baş tutmamışdı. Bu gün artıq Azərbaycan qalib, ərazi bütövlüyünü tam bərpa etmiş ölkədir. Xəyallarımız, arzularımız bu gün çin olur. Təki dövlətimiz, millətimiz üçün qurduğumuz bütün xəyallar gerçəkləşsin, Azərbaycanımız çiçəklənsin, gələcəyi parlaq olsun”.