İsrail ordusunun Qəzza zolağının şimalına təşkil etdiyi hücumlarda 88 fələstinli həyatını itirib
Fələstin
Yəmənin müdafiə naziri, general-leytenant Möhsün əl-Daeri Qəzza müharibəsi bitsə belə, husilərin Qırmızı dəniz və Ərəbistan dənizində gəmilərə hücumlarının dayandırılacağını gözləmir.
Fələstin torpaqlarını qəsb edən israillilər işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərin maşınlarını yandırıblar.
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS müharibə bitdikdən sonra Qəzzaya hökmranlıq etməyəcək və İsrail HƏMAS-ın hərbi gücünü məhv edib.
ABŞ Türkiyəyə HƏMAS hərəkatının liderlərini qəbul etməmək barədə xəbərdarlıq edərək, Vaşinqtonun “terror təşkilatının liderlərinin rahat yaşamaması qəbul etmədiyini bildirib.
İsrail ordusu Qəzzanın şimalında geniş hərbi əməliyyatını davam etdirərkən, Benyamin Netanyahu hökumətində zolaqda uzunmüddətli hərbi hakimiyyət qurmaq planlarının olduğuna dair yeni əlamətlər ortaya çıxıb.
Bazar ertəsi günü Türkiyə diplomatik mənbəsi HƏMAS-ın siyasi ofisini Qətərdən Türkiyəyə köçürdüyünə dair xəbərləri təkzib edib və əlavə edib ki, Fələstin silahlı qruplaşmasının üzvləri ölkəyə yalnız vaxtaşırı səfər ediblər.
Noyabrın 16-da Qəzzaya keçdikdən sonra 109 yük maşınından ibarət karvan zorakılıqla talan edilib, nəticədə 98 yük maşını itib.
Fələstinin Mədəniyyət Naziri İmad Həmdan, Fələstinin mədəni irsi hesab edilən keffiyənin İSESCO-nun (İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət sahəsində əməkdaşlıq təşkilatı) Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini açıqlayıb.
Bazar günü İsrail ordusu cənub və şimal sərhədlərində döyüşlər zamanı qüvvələrini gücləndirmək üçün daha çox dindar olan haredi yəhudilərinə çağırış bildirişləri göndərib. ArabAZ xəbər verir ki, bu, orduda xidmət etməkdən imtina edən israillilər arasında gərginliyi daha da alovlandıra bilər.
Bu gün səhər (cümə) ““İslami Cihad” hərəkatı 7 oktyabr 2023-cü il hücumundan sonra Qəzzada saxlanılan israilli girov Saşa Trupanovun bu həftənin əvvəlində başqa bir səs yazısı yayımlandıqdan sonra onun yeni videoyazısını yayımlayıb.
Birləşmiş Millətlər Təşkilatının xüsusi komitəsi bu gün (cümə axşamı) İsrailin Qəzza müharibəsi zamanı törətdiklərinin soyqırımın xüsusiyyətlərinə uyğun olduğunu aşkar edib.