Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Avstraliyada daşqınlar səbəbindən minlərlə insan təcrid vəziyyətindədir

    25 May 2025 09:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Avstraliyada daşqınlar səbəbindən minlərlə insan təcrid vəziyyətindədir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Avstraliyanın şərq sahillərində yağan leysan yağışlar nəticəsində baş verən genişmiqyaslı daşqınlar və çayların daşması səbəbilə azı 32 min nəfər təcrid vəziyyətində qalır.

    AzerVoice xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının Fövqəladə Hallar Xidməti (SES NSW) X sosial şəbəkəsində məlumat yayıb.

    “Yavaş-yavaş aşağı enən daşqın suları səbəbilə ştatın şimal sahilində təxminən 32 min sakin hələ də təcrid olunmuş vəziyyətdədir. Fövqəladə Hallar Xidməti bu bölgələrdə ərzaq ehtiyatlarının doldurulmasına diqqət göstərəcək və həmin ərazilərə çıxış bərpa olunana qədər bu işlər davam etdiriləcək” – deyə, qurum bildirib.

    Qeyd edilib ki, 14 şəhər və yaşayış məntəqəsi tamamilə blokadadadır.

    Əhaliyə yardım və daşqınların nəticələrinin aradan qaldırılması üçün ölkənin digər bölgələrindən fövqəladə yardım qüvvələri səfərbər edilib.

    “Qvineya, Qərbi Avstraliya, Viktoriya, Cənubi Avstraliya, Tasmaniya və Avstraliya Paytaxt Ərazisindən təxminən 200 fövqəladə xidmət əməkdaşı səfərbər olunub. Onlar sualtı xilasetmə işlərinin və fırtına, daşqın nəticələrinin aradan qaldırılması üzrə qrupların işini əlaqələndirəcək” - deyə, məlumatda bildirilib.

    Qeyd edək ki, 15–23 may tarixlərində şərq sahillərinə yağan intensiv yağışlar nəticəsində 150-dən çox yaşayış məntəqəsi daşqın zonasında qalıb, minlərlə insan evlərini tərk edərək qohumlarının yanına və ya xüsusi təxliyə məntəqələrinə sığınıb.

    Avstraliya Dövlət Meteorologiya Bürosunun məlumatına əsasən, bu müddət ərzində ölkənin şərqində yerləşən bəzi bölgələrə 600 mm-dən çox yağıntı düşüb. Nəticədə 50 mindən çox insan təcrid vəziyyətinə düşüb, 7 min evdə elektrik enerjisi kəsilib, 10 mindən çox daşınmaz əmlak obyektinə ciddi ziyan dəyib və ya onlar tamamilə məhv olub.

    #Avstraliya #daşqınlar #leysan yağışları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Misir baş məşqçisi dünya çempionatında qələbəni Fələstinə həsr edib

    4 İyul 2026 18:50

    Məhəmməd Salahdan "Panenka" şousu: Misir Avstraliyanı turnirdən kənarlaşdırdı

    4 İyul 2026 14:00

    Böyük Britaniya, Avstraliya, Kanada, Fransa və Norveç İsrail sakinlərinin zorakılığına qarşı koordinasiyalı addım atıb

    9 İyun 2026 19:26

    Emirates regional gərginliyə baxmayaraq reysləri azaltmayacaq

    9 İyun 2026 19:22

    Xarici işlər nazirləri Livanda gərginliyin artmasına dərin narahatlıq bildirib

    5 İyun 2026 22:18

    Tarixdə bu gün – 9 May

    9 May 2026 00:01

    Avstraliyada təyyarə qəzası baş verib

    29 Aprel 2026 09:58

    Avstraliya Baş naziri Albanizi Yaxın Şərqdəki müharibə ilə bağlı xalqa müraciət edəcək

    1 Aprel 2026 06:39

    Avstraliya Livandakı heyətinə ölkəni tərk etməyi tapşırıb

    13 Mart 2026 12:36

    Avstraliya Rusiya ilə əlaqəsi olan 180 şəxs və təşkilata qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib

    24 Fevral 2026 12:39

    Bu gün ABŞ qoşunları Marşal adalarını ələ keçirdi

    3 Fevral 2026 00:20

    Avstraliyalı döyüşçü UFC titulunu qorudu

    1 Fevral 2026 12:21
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.