Bakı,AzerVoice
Kranlar və ekskavatorlarla təchiz edilmiş minlərlə etirazçı hindistanlı fermerlər, hökumətlə məhsullarının zəmanətli qiymətləri ilə bağlı danışıqların dalana dirənməsindən sonra çərşənbə günü paytaxt Yeni Dehliyə yürüş etməyə hazırlaşırlar.
AzerVoice xəbər verir ki, genişlənməkdə olan etiraz aksiyası, fermer qruplarının bu həftə beş illik müqavilələr,qarğıdalı, pambıq və paxlalılar kimi məhsullar üçün zəmanətli dəstək qiymətləri ilə bağlı hökumət təklifini rədd etdikdən sonra baş verdi.
Əsasən şimal Pəncab əyalətindən olan fermerlər məhsulları üçün qanunla dəstəklənən yüksək qiymətləri tələb edirlər.