Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş”in təsdiq edilməsi ilə bağlı Fərman imzalayıb. Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsinin təmin edilməsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərməlidir.
Rəsmi Xronika
Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib. Qonaq İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını və İordaniyaya dəvətini dövlətimizin başçısına çatdırdı, İordaniya Kralının Azərbaycan Prezidenti ilə şəxsi münasibətlərə çox böyük dəyər verdiyini qeyd etdi.
Prezident İlham Əliyev 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında Fərman imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının 1875-ci il mayın 20-də Paris şəhərində imzalanmış “Metrik Konvensiya”ya qoşulması barədə qanunu imzalayıb.
Prezident İlham Əliyev 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib.
Prezident İlham Əliyev 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib. Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub. Sənədə əsasən, 2025-ci il dövlət büdcəsinin icrası gəlirlər 39 184 560,9 min manat, xərclər 38 604 559,6 min manat məbləğində olmaqla təsdiq edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib. Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bunun ölkələrimiz, eyni zamanda, region üçün çox önəmli olduğunu dedi.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin icrası haqqında Sərəncam imzalayıb. Rəsmi sənəd Prezidentin rəsmi internet səhifəsində dərc olunub. Sərəncama əsasən, ötən il fondun büdcə gəlirləri 17 milyard 160,4 milyon manat təşkil edib. Büdcə xərcləri isə 14 milyard 627,2 milyon manat olub. Bununla da Dövlət Neft Fondunun 2025-ci il üzrə büdcəsinin icrası rəsmən təsdiqlənib. Sənəddə fondun ötən maliyyə ili üzrə əsas maliyyə göstəriciləri öz əksini tapıb. Qərar fondun illik maliyyə nəticələrinin yekunlaşdırılması baxımından əhəmiyyət daşıyır. Sərəncam artıq qüvvəyə minib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malavi Respublikasının Prezidenti Artur Piter Mutarikayatəbrik məktubu ünvanlayıb.
Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Biz iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir, dövlətlərarası əlaqələrimizin güclənməsinə daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələ qaldıran Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm.