Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəsmi Xronika
    Rəsmi Xronika

    Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələblərinin pozulmasına görə cərimələr müəyyənləşib

    5 Avqust 2026 14:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələblərinin pozulmasına görə cərimələr müəyyənləşib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə yeni cərimələr müəyyənləşib.

    Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi qanunda öz əksini tapıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

    "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 13-4.13-cü maddəsində qeyd edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə və ya təqdim edilməsi müddətinin pozulmasına, yaxud natamam və ya təhrif edilmiş məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər 6000 manatdan 7000 manatadək məbləğdə, hüquqi şəxslər 15 min manatdan 20 min manat manatdək məbləğdə cərimə ediləcək.

    Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi sorğuların yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi tərəfindən 5 iş günü ərzində cavablandırılmamasına, yaxud natamam və ya təhrif edilmiş məlumatların təqdim edilməsinə görə vəzifəli şəxslər 7000 manatdan 8000 manatadək məbləğdə, hüquqi şəxslər 25 min manatdan 30 min manatdək məbləğdə cərimə ediləcək.

    Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarından təhlükəsiz istifadə ilə bağlı tələblərin pozulmasına, yəni:

    • fərdi rəqəmsal hesabın yaradılması zamanı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunun 13-4.2-ci və 13-4.4-cü maddələrində müəyyən edilmiş texniki üsulların tətbiq edilməməsinə və ya həmin Qanunun 13-4.2 - 13-4.5-ci maddələrinin tələbləri pozulmaqla tətbiq edilməsinə;
    • 16-18 yaş arası istifadəçilərin fərdi rəqəmsal hesablarına münasibətdə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunun 13-4.11-ci maddəsində göstərilən texniki və təhlükəsizlik tədbirlərinin təmin edilməməsinə;
    • 16-18 yaş arası istifadəçilərin həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həllərin tətbiq olunmamasına, yaxud zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saat ərzində yayılmasının qarşısının alınmamasına;
    • toplanılmış fərdi məlumatların sosial şəbəkə platformaları provayderlərinin informasiya sistemində saxlanılmasına, həmin məlumatların üçüncü şəxslərə ötürülməsinə və ya fərdi məlumatlardan yaşın yoxlanılması məqsədi istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə edilməsinə;
    • fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında silinməsinin təmin edilməməsinə görə

    vəzifəli şəxslər 8000 manatdan 9000 manatadək məbləğdə, hüquqi şəxslər 35 min manatdan 40 min manatadək məbləğdə cərimə ediləcək.

    Yuxarıdakı nəzərdə tutulmuş bütün xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 9000 manatdan 10 min manatadək məbləğdə, hüquqi şəxslər 45 min manatdan 50 min manatadək məbləğdə cərimə ediləcək.

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb

    26 Avqust 2026 12:29

    Prezident İlham Əliyev qələbə münasibətilə “Sabah” futbol klubunu təbrik edib

    26 Avqust 2026 11:02

    Formula 1 üçün Azərbaycana gələn əcnəbilərə viza proseduru sadələşdirilir

    25 Avqust 2026 16:41

    Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya mövqeyini yüksək qiymətləndirib

    25 Avqust 2026 16:10

    Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

    24 Avqust 2026 19:53

    Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar

    24 Avqust 2026 17:01

    Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar

    24 Avqust 2026 17:01

    Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşılıb

    24 Avqust 2026 16:53

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanım Mehriban Əliyeva ilə Buxaraya səfərinə dair paylaşım edilib

    24 Avqust 2026 14:22

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

    24 Avqust 2026 12:01

    Prezident İlham Əliyev Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb

    24 Avqust 2026 11:40

    Prezident İlham Əliyev: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

    23 Avqust 2026 21:46
    XƏBƏR LENTİ

    İrandakı "vəhşilərlə" diplomatik razılaşmaya nail olmaq mümkün deyil - Netanyahu

    İraqın hava qalxanının qurulmasına start verildi - ölkə səmasını kim qoruyacaq?

    Livan prezidenti müharibədən qaçmaq üçün danışıqları yeganə yol sayır

    Səudiyyə Ərəbistanı SDQ-nin Suriya ordusuna inteqrasiyasını dəstəklədi

    İraqda yarımçıq qalan layihələrə 20 trilyon dinar ayrılır

    Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

    Mansur Yavaş CHP-də siyasətə davam edəcək

    Ferrari BƏƏ-də qadınlar üçün yarış keçirəcək

    İslam dəyərləri və ictimai həmrəylik BƏƏ-nin inkişaf yolunun təməlidir - Şeyxa Fatimə bint Mübarək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.