22 noyabr 1986-cı ildə, cəmi 20 yaşlı amerikalı boksçu Mayk Tayson tarixə düşdü. O, yamaykalı çempion Trevor Berbicki 5 dəqiqə 35 saniyəyə nokauta göndərərək, bütün zamanların ən gənc ağır çəkili dünya çempionu oldu. Döyüşdən sonra menecerinə dediyi cümlə isə boks tarixinə düşdü.
Hərb tarixi: Döyüş xronikası
22 noyabr 1900-cü il, Almaniyanın Cannstatt şəhərində avtomobil tarixinin əlamətdar günü kimi yadda qaldı. Mercedes adı altında istehsal edilən ilk avtomobil öz ilk test yürüşünü keçirdi. Bu nəqliyyat vasitəsi, sürət və dizayna vurğun olan iş adamı Emil Jellinek üçün xüsusi olaraq hazırlanmışdı.
I Mustafa sultan oldu. Atadan oğula keçən taxt bu dəfə qardaşa keçdi. Ruhi xəstə olan I Mustafa 3 aydan sonra taxtdan endirilib, 1622-ci ildə yenidən taxta çıxıb, 1623-cü ildə yenidən taxtdan endirilib.
22 noyabr 1963-cü il, ABŞ-ın 35-ci prezidenti Con Fitzgerald Kennedi, Texas ştatının Dallas şəhərində açıq avtomobil kortejində səfəri zamanı qətlə yetirildi. ABŞ tarixində dönüş nöqtəsi sayılan bu hadisə həm dövlət, həm də cəmiyyət üzərində dərin təsir buraxdı.
1986-cı il noyabrın 21-də ABŞ Milli Təhlükəsizlik Şurasının əməkdaşı Oliver North və onun katibəsi Favn Hall, İrana silah satışı və əldə edilən gəlirin Nikaraquadakı “Kontra” üsyançılarına yönəldilməsi ilə bağlı qanunsuz fəaliyyətlərini ört-basdır etmək üçün sənədləri məhv etməyə başladılar.
21 noyabr 1916-cı il tarixində, Birinci Dünya müharibəsi illərində hospital gəmisinə çevrilmiş “Britannic” , Egey dənizində baş verən güclü partlayış nəticəsində batdı. Hadisə zamanı 30 nəfər həlak oldu, lakin 1000-dən çox insan xilas edilə bildi.
Dünya gözəllik yarışmasının keçiriləcəyi Nigeriyada bir qəzetdə Hz. Məhəmmədlə bağlı dərc olunan məqaləyə görə baş verən qarşıdurmalarda 100-ə yaxın adam ölüb, 500-ə yaxın adam yaralanıb.
Məhkəmə 10 ay davam etdi və 216 iclasdan ibarət oldu.
Əl-Qaidə ilə əlaqəsi olan terrorçular HSBC Bankın İstanbulun Leventdəki baş qərargahına və Beyoğludakı Britaniya konsulluğuna bombalı hücum təşkil ediblər.
1993-cü ildə bir mülki iddia çərçivəsində azyaşlıya qarşı cinsi istismar iddiaları ilk dəfə ictimaiyyətə açıqlandıqdan sonra Maykl Cekson haqqında şayiələr səngiməmişdi. On il sonra — 19 noyabr 2003-cü ildə — ifaçı eyni mahiyyətdə olan cinayət ittihamları ilə üzləşməyə hazırlaşarkən ona qarşı uşağın cinsi istismarı ilə bağlı həbs orderi verildi. Daha sonra Cekson bu ittihamların hər birindən məhkəmədə bəraət alsa da, həmin gün irəli sürülən ittihamlar pop musiqisinin “Kralı”nın nüfuzuna və maliyyə vəziyyətinə ciddi zərbə vurdu.
Cim Consun rəhbərlik etdiyi Xalqlar Məbədi adlı kultun üzvləri kütləvi intihar ediblər. Qayananın Constaun şəhərində 276-sı uşaq olmaqla 914 nəfərin meyiti tapılıb.
1940-cı il noyabrın 18-də Adolf Hitler İtaliyanın xarici işlər naziri Qaleatso Çianonu qəbul edərək Mussolininin Yunanıstana fəlakətlə nəticələnən hücumunu müzakirə etdi. Çianonun gündəliklərinə görə, görüşün “çox ağır atmosferi” vardı.