Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Səudiyyə Ərəbistanı Yəmənə hava hücumları həyata keçirib

    2 Yanvar 2026 13:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Səudiyyə Ərəbistanı Yəmənə hava hücumları həyata keçirib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice, Nailə Babazadə

    Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələri Yəmənin şərqində, Hadrəmavt vilayətində Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) dəstəkləyən Cənub Keçid Şurası (GGK) qüvvələrini hədəf alıb.

    AzerVoice xəbər verir ki, GGK-nın yüksək səviyyəli rəsmilərindən Məhəmməd Əbdülməlik Əl-Haşa bölgəsində yerləşən hərbi düşərgənin hədəfə alındığını bildirib.

    Əbdülməlik qeyd edib ki, düşərgəyə yeddi hava zərbəsi endirilib və əlavə olaraq bir torpaq əməliyyatı da püskürtülüb. O, hücumlarda itkilərin və yaralanmaların baş verdiyini, lakin ölən və yaralananların sayının hələ dəqiqləşmədiyini bildirib.

    Habərdə, bu son hücumun Səudiyyə Ərəbistanı ilə BƏƏ dəstəklədiyi qüvvələr arasındakı gərginliyin açıq silahlı qarşıdurmaya çevrildiyini göstərdiyi və bölgədəki həssas balansların daha da pozulduğu vurğulanıb.

    Yəmənin BƏƏ tərəfindən dəstəklənən ayrılıqçı GGK qüvvələri 3 dekabrda Şərq vilayətlərini Suudi Ərəbistan və Oman sərhədlərinə qədər hərbi əməliyyatlarla nəzarət altına almışdı.

    Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 30 dekabr səhər Hadrəmavtda, GGK-nın nəzarətində olan Mukalla Limanında bəzi silah və döyüş vasitələrinin hədəf alındığını açıqlamışdı.

    Koalisiya, Fucayra Limanından Mukalla Limanına silah daşıyan iki gəminin Ərəb Koalisiyası Komandanlığının razılığı olmadan gəldiyini qeyd etmişdi.

    Bundan əlavə, Yəmən hökuməti 30 dekabrda BƏƏ ilə ölkədəki hərbi qüvvələrin yerləşdirilməsi üzrə ortaq müdafiə müqaviləsini ləğv etdiyini açıqlayıb.

    Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi isə Yəmənin tələbi əsasında BƏƏ-yə ölkə ərazisindəki hərbi personalını 24 saat ərzində çıxarmaq və heç bir tərəfə hərbi və ya maliyyə dəstəyi verməmək çağırışı edib.

    Riyad rəhbərliyi, BƏƏ-nin Hadrəmavt və Mehra vilayətlərində, Suudi Ərəbistanın cənub sərhədlərinə yaxın bölgələrdə GGK-yə hərbi əməliyyatlar üçün yönəltdiyini bildirərək bu addımları "ölkənin milli təhlükəsizliyinə təhdid" kimi qiymətləndirib.

    BƏƏ isə Səudiyyə Ərəbistanı ilə gərginlikdən sonra Yəməndə fəaliyyət göstərən “terrorla mübarizə” qruplarını öz təşəbbüsü ilə ləğv etdiyini açıqlayıb.

    #Səudiyyə Ərəbistanı #BƏƏ-yə yaxın qüvvələr #Yəməndə gərginlik #Yəmən daxili qarşıdurma #regional münaqişə #Yəməndə təhlükəsizlik #Səudiyyə–BƏƏ münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə etibarlı tərəfdaş və müttəfiqdir - Səudiyyə Ərəbistanlı general

    21 Avqust 2026 14:54

    Səudiyyə Ərəbistanı "Ehsan" xeyriyyə platformasını müstəqil qeyri-kommersiya fonduna çevirib

    21 Avqust 2026 11:12

    Bölgədə sülh üçün əməkdaşlığımızı gücləndirəcəyik - Hakan Fidan

    20 Avqust 2026 21:10

    Husilər Nəcran hava limanına və “Saudi Aramco” obyektinə hücum etdiklərini bildiriblər

    20 Avqust 2026 19:30

    1000 islahat və 1200 yeni qanun - Səudiyyənin biznes inqilabı və qlobal yüksəlişi necə başladı?

    20 Avqust 2026 14:22

    Səudiyyə Ərəbistanı biznes mühitini genişləndirir

    20 Avqust 2026 10:47

    Qətər və Səudiyyə Ərəbistanı dəniz təhlükəsizliyinə çağırış edib

    20 Avqust 2026 09:24

    Səudiyyə Ərəbistanı strateji dəniz yollarının təhlükəsizliyinin təmin edilməsini istəyir

    19 Avqust 2026 21:11

    Qətərin baş naziri Ər-Riyadda yüksək səviyyəli görüşlər keçirəcək

    19 Avqust 2026 19:01

    İyulun 20-dən bəri Səudiyyə Ərəbistanının 48 neft gəmisinin keçidinə mane olmuşuq - Husilər

    19 Avqust 2026 18:30

    Səudiyyə Ərəbistanı Hörmüzdən neft ixracını bərpa edir

    18 Avqust 2026 18:52

    Yəmən "Aramco" neft emalı zavodunu vurdu

    18 Avqust 2026 14:51
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Misir və İran bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların bərpasını müzakirə edib

    Daşkənd Prezident İlham Əliyevin rəsmi səfərinə hazırlaşır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.