Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İran mənşəli kiberhücumlar İsraildə siyasi gərginliyi artırır

    20 Dekabr 2025 06:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran mənşəli kiberhücumlar İsraildə siyasi gərginliyi artırır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İsraildə İran mənşəli kiberhücumlar fonunda təhlükəsizlik və siyasi gündəm kəskinləşib. İsrailin Kibertəhlükəsizlik İdarəsi minlərlə vətəndaşa göndərilən şübhəli qısa mesajlarla bağlı xəbərdarlıq edərək, bu mesajların İran adına casusluq məqsədilə şəxslərin cəlb edilməsinə yönəldildiyini bildirib.

    Qurumun açıqlamasına görə, son saatlarda İsraildə çoxsaylı telefon nömrələrinə ingilis dilində yazılmış mesajlar göndərilib. Mesajlarda alıcıların İran qurumları ilə əməkdaşlığa razı salınmağa çalışıldığı qeyd olunur. Rəsmi açıqlamada bunun qəsdən həyata keçirilən və cəmiyyətdə panika yaratmağa hesablanmış zərərli əməliyyat olduğu vurğulanıb.

    Məlumata əsasən, mesajlarda İran tərəfinin alıcıya “kəşfiyyat işi” təklif etdiyi və maraqlanan şəxslərin ən yaxın İran diplomatik nümayəndəliyi ilə əlaqə saxlamasının istəndiyi bildirilib. İsrailin Kibertəhlükəsizlik İdarəsi mesajların İsrail nömrələrindən göndərildiyini, hədəflər arasında yüksək vəzifəli şəxslərin də ola biləcəyini açıqlayıb.

    Qurum vətəndaşlara bu mesajlara cavab verməməyi, göndərən nömrələri bloklamağı, mesajları spam kimi işarələməyi və onların yayılmasının qarşısını almağı tövsiyə edib. Hadisə ilə bağlı araşdırmaların təhlükəsizlik strukturları ilə birgə davam etdiyi bildirilib.

    Kiber təhlükəsizlik üzrə mütəxəssislər yayılan mesajların, İsrailin sabiq baş naziri Naftali Bennettin telefon məlumatlarının sızdırılması ilə əlaqəli ola biləcəyini istisna etmirlər. Qeyd olunur ki, bu cür məlumat sızmaları xüsusilə psixoloji və ya maliyyə baxımından həssas vəziyyətdə olan şəxslərin hədəfə alınması riskini artırır.

    Xatırladaq ki, çərşənbə günü İranla əlaqəli bir haker qrupu Bennettə məxsus şəxsi telefon məlumatlarını ələ keçirdiyini açıqlayıb. Qrup 141 səhifəlik telefon qeydlərini, şəxsi yazışmaları və gizli danışıqları yayımladığını iddia edib.

    İsrail mediasının məlumatına görə, bu hadisə Baş nazir Binyamin Netanyahunu siyasi rəqibi Bennettə qarşı açıqlama verməyə sövq etsə də, yaxın ətrafı onu bundan çəkindirib. Mənbələr bildirir ki, məsələ təhlükəsizlik baxımından daha dərin risklər daşıdığı üçün siyasi ritorikadan çəkinmək qərarı verilib.

    Qeyd olunur ki, bundan beş il əvvəl Netanyahu seçki dövründə rəqibi Beni Qantsın telefonunun İran hakerləri tərəfindən ələ keçirildiyini iddia etmiş və bunu siyasi arqument kimi istifadə etmişdi.

    Hadisədən sonra Bennett tərəfinin açıqlamaları da diqqət çəkib. Əvvəlcə iddialar təkzib olunub və telefonun istifadədə olmadığı bildirilib. Daha sonra cihazın sındırılmadığı açıqlanıb. Sonrakı bəyanatda isə Bennett məsələnin təhlükəsizlik qurumları tərəfindən araşdırıldığını təsdiqləyərək, bunun siyasi proseslərə təsir göstərmək məqsədi daşıya biləcəyini bildirib.

    Bennett qeyd edib ki, telefon deyil, “Telegram” hesabı müxtəlif üsullarla ələ keçirilib və sızdırılan məlumatların bir hissəsi real, bir hissəsi isə saxtadır.

    Özünü İranın kəşfiyyat strukturları ilə əlaqəli təqdim edən “Handala” adlı haker qrupu Bennettlə bağlı istehzalı açıqlama yayımlayıb. Qrup bəyan edib ki, “kibertəhlükəsizlikdə lider olduğunu iddia edən bir şəxsin şəxsi məlumatlarının asanlıqla ələ keçirilməsi ciddi suallar doğurur”.

    #İran mənşəli kiberhücumlar İsraildə siyasi gərginliyi artırır #Bennettin telefon qalmaqalı İsraildə nəyi dəyişir? #İsraildə təhlükəsizlik və siyasət kəsişir #İsrail İranla əlaqəli kiberəməliyyatlar barədə xəbərdarlıq edib #Bennettin məlumat sızması İsraildə rezonans doğurdu #İsraildə casusluq məqsədli mesajlar araşdırılır #İsrail İran mənşəli kiberhücumlarla bağlı açıqlama verdi #Israel warns of Iranian-linked cyber recruitment attempts #Cyberattack allegations spark political debate in Israel #İsrail: İran mənşəli SMS hücumları ilə bağlı vətəndaşlara xəbərdarlıq edilib #İsraildə kiberhücum qalmaqalı: Bennettin telefonu gündəmdə #İsrail Kibertəhlükəsizlik İdarəsi casusluq mesajları barədə açıqlama verdi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Husilərin təhlükəli taktikası - azyaşlılar müharibədə necə canlı sipərə çevrilir?

    23 Avqust 2026 15:00

    Hörmüz boğazına alternativ tapıldı - İraq vasitəsilə quru yükdaşımalarında rekord artım qeydə alınıb

    23 Avqust 2026 12:57

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    22 Avqust 2026 22:34

    İsrail ordusu Qəzzanın mərkəzində HƏMAS komandirini öldürdüyünü açıqlayıb

    22 Avqust 2026 19:41

    Suriyadakı hava bazasını Türkiyənin planlarına görə vurduq - İsrail

    22 Avqust 2026 19:09

    İsrail ordusu Suriyanın cənubunda hücum həyata keçirdiyini təsdiqləyib

    22 Avqust 2026 19:00

    Qəzzada İsrail hücumları nəticəsində 48 saatda iki fələstinli ölüb

    22 Avqust 2026 18:17

    Ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadəsinə icazə verməyəcəyik - İraq prezidenti

    22 Avqust 2026 18:10

    Fələstin E1 layihəsinə niyə qarşı çıxır?

    22 Avqust 2026 16:48

    İraqda hansı qruplar silahları təhvil verməyib?

    22 Avqust 2026 16:00

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    22 Avqust 2026 09:00

    İran hücumlarının 83 faizini Körfəz ölkələrinə, cəmi 17 faizini İsrailə yönəldib (HESABAT)

    26 Mart 2026 13:53
    XƏBƏR LENTİ

    Britaniya hersoginyası filmə çəkiləcək

    Qazaxıstanda Kurultaya seçkilərdə səsvermə başa çatıb

    Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub

    Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib

    Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub

    Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər

    Şimali Afrikanın azad və həzin səsi - Suad Massi kimdir?

    Ən uzunömürlü qadın Ethel Ketrhamdan həyatla bağlı tövsiyyələr

    Özbəkistan və Azərbaycan ikitərəfli münasibətləri tarixdə ən yüksək səviyyəyə çatdırıblar – Prezident Şavkat Mirziyoyev

    Özbəkistan Vaşinqtonda liderlərin tarixi görüşünü Prezident İlham Əliyevin şəxsi diplomatiyasının parlaq qələbəsi kimi qiymətləndirir – Prezident Şavkat Mirziyoyev

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.