Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Biz qayıdışımıza inanırıq - Qərbi Azərbaycan İcması

    1 Oktyabr 2024 01:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Biz qayıdışımıza inanırıq - Qərbi Azərbaycan İcması
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    Qərbi Azərbaycan İcması bəyanat yayıb.

    AzerVoice bəyanatı təqdim edir:

    "Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının mərkəzində böyük el sənətkarı, Azərbaycan poeziyasının dühası və Göyçə aşıq məktəbinin parlaq siması olan Aşıq Ələsgərin (1821-1926) abidəsinin açılışını etmiş və açılış mərasimində Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların qayıdış məsələsi ilə bağlı tarixi çıxış etmişdir.

    Qeyd edək ki, Aşıq Ələsgər Qərbi Azərbaycanda - Azərbaycan aşıq sənətinin tarixi mərkəzlərindən olan Göyçə mahalında yaşayıb-yaratmış, misilsiz bədii-estetik ustalığı ilə xalqımızın ruhunu əks etdirən əsərlər yaratmış və ozan-aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs vermişdir.

    1918-ci ildə Ermənistan daşnak hökuməti tərəfindən bütün Göyçə əhalisinin qovulması və onların 1921-ci ilə qədər qaçqın olaraq yaşamaq məcburiyyətində qalmalarına və sonralar Ermənistan SSR hökumətinin güclü təzyiqlərinə rəğmən Göyçə aşıq məktəbi Sovet dövründə inkişaf edirdi. Bu işlərdə Ümummilli Lider Heydər Əliyevin əvəzedilməz xidmətləri olmuşdur. Məhz onun şəxsi səyləri ilə Aşıq Ələsgərin 150 illik yubileyi SSRİ-də dövlət səviyyəsində keçirilmiş və aşığın doğma Ağkilsə kəndində qəbirüstü abidəsi ucaldılmışdır. Təəssüf ki, Ermənistan hökuməti, oradakı əksər Azərbaycan mədəni irs nümunələri kimi, bu abidəni də dağıtmışdır.

    Vaxtilə azərbaycanlıların çoxluq təşkil etdiyi, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin mərkəzlərindən olan Qərbi Azərbaycan mahallarında etnik təmizləmə nəticəsində bir nəfər də azərbaycanlı qalmamış, oradakı Azərbaycan mədəni irsi ciddi zərər görmüşdür.

    Prezident İlham Əliyevin Aşıq Ələsgər irsini yaxından himayə etməsi, həm də Qərbi Azərbaycana qayıdış məsələsinə, Ermənistanın işğal, etnik təmizləmə və irqi ayrı-seçkilik siyasətindən zərər görmüş Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinə diqqətinin göstəricisidir. Prezidentin çıxışından da göründüyü kimi, Aşıq Ələsgərin qaçqınlıqla keçmiş ağrılı həyat yoluna dərindən bələd olması, onun Qərbi azərbaycanlıların taleyinə nə qədər yaxından qayğı göstərdiyinin təzahürüdür.

    Prezident İlham Əliyevin sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının ümumbəşəri dəyər kimi əbədiləşdirilməsində əvəzsiz rol oynayıb.

    Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdacağına olan inamını ifadə etməsi bizim üçün böyük motivasiya mənbəyidir. Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi və orada Böyük Qayıdış proqramının həyata keçirilməsi, bizim də doğma yurdlarımıza qayıdacağımız günün uzaqda olmadığını göstərir.

    Biz, Qərbi Azərbaycan İcması olaraq, cənab Prezidentin ədalətin bərpasına, xalqımızın birliyinə, və əyilməz ruhuna yönəlmiş çağırışlarını tam dəstəkləyirik. Doğma torpaqlarımıza sülh yolu ilə, ləyaqətlə və təhlükəsiz şəkildə qayıdışımızın təmin edilməsi üçün dövlətimizin atacağı bütün addımlarda bundan sonra fəal şəkildə iştirak edəcəyik.

    Prezidentin ifadə etdiyi kimi, Aşıq Ələsgərin həyat yolu bütün Qərbi azərbaycanlıların taleyini təcəssüm edir. Sözə, sənətə, humanist dəyərlərə bağlı olan, vətənpərvər şair öz doğma yurdundan qaçqın düşsə də, ruhdan düşməmiş, 100 yaşında öz yurduna qayıdaraq, yandırılmış evini bərpa etmiş və ömrünün son günlərinə qədər orada yaşamışdır. Biz ruhdan düşmürük; necə ki, 1921-ci ildə qayıtdıq, yenə də qayıdacağıq.

    Aşıq Ələsgərin və bütövlükdə Azərbaycan aşıq sənətinə göstərdiyi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya bir daha dərin təşəkkürümüzü bildiririk. İnanırıq ki, milli birlik və iradəmiz ilə tarixin ədalətsiz səhifələrini çevirərək doğma yurdlarımıza qayıdacağıq.

    Prezidentin çıxışını yekunlaşdırdığı sözlər, bizim qayıdışımızın carçısı olan tarixi ifadələrdir:

    "Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik."

    Biz Qərbi azərbaycanlılar qayıdışımıza inanırıq!"

    #Qərbi Azərbaycan İcması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qərbi Azərbaycan İcmasında “Davamlı Sülh və Qaçqınların Qayıdış Hüququ: Beynəlxalq Hüququn Rolu” mövzusunda beynəlxalq konfrans keçirili

    2 May 2026 23:54

    “Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı” kitabının təqdimatı keçirilib

    14 Mart 2026 13:02

    Qərbi Azərbaycan İcması Xocalı soyqırımı abidəsini ziyarət edib

    26 Fevral 2026 14:56

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə birgə konfrans keçirilib

    17 Fevral 2026 00:03

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə görüş keçirilib

    16 Fevral 2026 23:11

    “Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı

    12 Fevral 2026 23:11

    Qərbi Azərbaycan İcması Avropa Şurasının komissarını ayrı-seçkiliyə yol verməməyə və qayıdış hüququna dəstək verməyə çağırır

    11 Fevral 2026 17:31

    Qərbi Azərbaycan İcması Azərbaycan-Ermənistan normallaşma prosesinə qarşı yönəlmiş təxribatçı addımları pisləyib

    9 Fevral 2026 10:23

    “Əldə olunmuş nailiyyətlər Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dönəcəyinə inam yaradır” – Bəyanat

    8 Fevral 2026 22:48

    Qərbi Azərbaycan İcması Ermənistan məhkəməsinin addımını revanşistlərin sülhə qarşı cəhdi adlandırdı

    8 Fevral 2026 17:49

    Qərbi Azərbaycan İcması İdarə Heyətinin iclasında 2026-cı il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib

    4 Fevral 2026 09:21

    İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası istifadəyə verilib

    24 Dekabr 2025 21:05
    XƏBƏR LENTİ

    Tramp deyir ki, İranla danışıqlar “sürətli tempdə” davam edir

    Tramp: Netanyahu və Hizbullahla Livanda atəşkəs barədə danışmışam

    Ali rəhbərin müşaviri: İran dəniz blokadasına və Livandakı gərginliyə dözməyəcək

    Netanyahu və Tramp arasında gərginlik fonunda mühüm telefon danışığı baş tutdu

    Tramp: İranla danışıqların bitməsi məni narahat etmir

    Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

    ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

    Avropa İttifaqı rəsmisi: Pakistan “böyük miqyaslı müharibənin” qarşısını alıb

    Tramp: İranla “razılaşma” yaxın zamanda mümkün ola bilər

    Pakistan Xarici İşlər Nazirliyi: İran gərginliyin azaldılmasına yardım istəyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.