Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Fransanı Azərbaycanın daxili işlərinə müdaxilə etməsini dayandırmağa çağırırıq - XİN

    10 Yanvar 2024 08:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Fransanı Azərbaycanın daxili işlərinə müdaxilə etməsini dayandırmağa çağırırıq - XİN
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerPress:

    Fransa vətəndaşının əsassız olaraq tutulduğu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir. AzerPress xəbər verir ki , bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə

    “Fransa Respublikasının Avropa və Xarici İşlər Nazirliyi Frans-Press Agentliyinin sualına cavabında Azərbaycanda Fransa vətəndaşının əsassız olaraq tutulduğunu və onun dərhal azad edilməsini tələb etməsinə cavab olaraq bildirib.

    AzerPress –in məlumatına görə, Fransa Respublikasının vətəndaşı Martin Rian 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (cəsusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Daha sonra, onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    “Azərbaycan tərəfi sözügedən Fransa vətəndaşı barəsində tədbirlər görərkən milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə tam olaraq əməl edib. Şübhəli bilinən şəxs tutulandan etibarən Fransa səfirliyinin konsulluq əməkdaşları ona bir neçə dəfə baş çəkib və onlar cinayət işindən tam məlumatlıdırlar.

    Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyinin qeyd edilən şəxsin Fransa səfirliyinin iki əməkdaşı ilə işbirliyi ilə bağlı məsələnin araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvalamasına baxmayaraq, Fransa tərəfi hər hansı bir izahat verməkdən və istintaqda əməkdaşlıqdan imtina edib. Bununla əlaqədar, səfirliyin bu iki əməkdaşı Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan ediliblər.

    Biz bir daha, Fransa tərəfini Azərbaycanın daxili işlərinə və qeyd olunan təhqiqat tədbirlərinə müdaxiləni dayandırmağa şiddətlə çağırırıq” –deyə XİN- dən verilən açıqlamada deyilir.

    #Ayxan Hacızadə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan XİN Fransanın Martin Rayanla bağlı bəyanatını qətiyyətlə rədd edib

    30 İyul 2026 20:53

    Rusiya-Ermənistan münasibətlərinin Azərbaycanla əlaqəlindirilməsinə son qoyulmalıdır - XİN

    28 İyul 2026 11:39

    CNN-in İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi barədə iddiaları əsassızdır - XİN

    5 İyun 2026 14:33

    Fransa Senatında Azərbaycan əleyhinə səsləndirilən iddiaları qətiyyətlə rədd edirik - XİN

    6 May 2026 23:00

    Azərbaycan XİN Nyu-York merinin bəyanatını pisləyib

    25 Aprel 2026 16:07

    XİN regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı açıqlama yayıb

    1 Mart 2026 11:55

    XİN: TRIPP marşrutu ticarət və bağlantıların şaxələndirilməsi baxımından vacibdir

    14 Yanvar 2026 17:50

    Ayxan Hacızadə Ceyhun Bayramovun Mərkəzi Asiya Dövlətləri Xarici İşlər Nazirləri Görüşündəki bəyanatına dair paylaşım edib

    17 Noyabr 2025 19:23

    Rəsmi Bakıdan Rusiya XİN-in AZAL təyyarəsi ilə bağlı komensasiya ödənişlərinə dair iddiasına cavab

    5 Sentyabr 2025 13:13

    İran əsilli məhbuslarla pis rəftar edilməsinə dair iddialar əsassızdır - XİN

    4 Avqust 2025 18:24

    İrandan təxliyə edilən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

    16 İyun 2025 13:10

    Azərbaycan İranın yeni səfirinin təyin olunması üçün razılıq verib - XİN

    3 İyun 2025 15:42
    XƏBƏR LENTİ

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    Tramp ABŞ-nin silah ehtiyatlarının azaldığı barədə məlumatları təkzib edib

    İran İslam İnqilabı Keşikçiləri Korpusu İlamda əməliyyat keçirib

    ABŞ-nin Strateji Neft Ehtiyatı nədir və niyə mühüm əhəmiyyət daşıyır?

    Hörmüz boğazından neft daşınması müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb - Tramp

    Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

    İraq İran müharibəsinin nəticələrini ABŞ nümayəndəsi ilə müzakirə edib

    BƏƏ İranın Küveytə raket və pilotsuz uçuş aparatları ilə hücumunu kəskin pisləyib

    Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.