Xəbər verdiyimiz kimi, İran ərazisindən Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu həyata keçirilib. Dron qalıqlarının videosunu təqdim edirik. Dron qalıqlarının videosunu təqdim edirik. Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə
İran dronu Naxçıvan aeroportunu vurub. Dronlardan biri Naxçıvan aeroportuna düşüb. Yerli əhalinin bildirdiyinə görə, pilotsuz uçuş aparatlarından biri isə Səkərabad məktəbinin yaxınlığına düşüb.
Az qala bütün qurğuların tribunaya, hər cihazın internetə, hər aparatın qlobal mikrofona çevrildiyi bir anda kiminsə fiziki hərəkətlə, bağırmaqla ortaya çıxması ən yaxşı halda tərbiyəsizlikdir.
Fevralın 18-də işğaldan azad edilmiş Xocalı rayonu Muxtar kəndi ərazisində mina hadisəsi baș verib.
Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib. Bildirilib ki, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktla bağlı araşdırma aparılır.
Cəlilabad rayonunda əmisi tərəfindən balta ilə xəsarət yetirilən 2012-ci il təvəllüdlü Hüseyn Musa oğlu Nağıyevin səhhəti ilə bağlı rəsmi məlumat yayılıb. Xəstəxananın açıqlamasında bildirilib ki, fevralın 1-də saat 17:00 radələrində xəsarət alması səbəbilə xəstəxananın Təcili tibbi yardım şöbəsinə iki nəfər hospitalizasiya olunub. Onlardan biri – 2012-ci il təvəllüdlü oğlan uşağı reanimasiya şöbəsinə yerləşdirilib və həkimlərin nəzarəti altındadır.
Türkiyənin Qaziantep şəhəinin Nurdağı rayonunda 4.1 maqnitudalı zəlzələ baş verib. Bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Ötən gün axşam saatlarında Xətai rayonu, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərindən biri svetoforun qırmızı işığında keçərək əvvəlcə hərəkətdə olan nəqliyyat vasitəsinə, sonra isə svetofora çırpılıb. Sürücü və sərnişinin xəsarət alması ilə nəticələnən hadisə zamanı 1 ədəd nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən svetoforların bərpa olunması istiqamətində dərhal işlərə başlanılıb.
Nərimanov rayonu, Ziya Bünyadov prospektinin yaxınlığında yerləşən obyektlərdən birində baş verən yanğın səbəbindən metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb.
İtaliyanın “Fiorentina” futbol klubunun prezidenti Rokko Kommiso 77 yaşında dünyasını dəyişib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yasamal rayonu, Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin birində yanğın hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir. Hadisə səbəbindən "20 Yanvar" metrostansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Biləsuvarda zəlzələ olub. Biləsuvarda zəlzələ olub. 3.4 maqnitudalı yeraltı təkan 21 km dərinlikdə qeydə alınıb.