Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Hadisə
İşğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində 2025-ci il 17 dekabr tarixində saat 22:00 radələrində mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında deyilir.
Bildirilib ki, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqram 115 qram narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
İndoneziyanın Sumatra adasında güclü leysanlardan sonra baş vermiş daşqınlar nəticəsində azı 908 nəfər həyatını itirib, 4200-dən çox insan yaralanıb.
Rusiyanın Kamçatka bölgəsində 5 bal gücündə zəlzələ baş verib. Bu haqda Rusiyanın Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
24.11.2025-ci il tarixində saat 09:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.
Baş Prokurorluğun Mətbuat xidməti paytaxtın Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə nəticələnmiş yanğın faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə 1 nəfərin şübhəli şəxs qismində tutulmasına dair mediada yayılan məlumatları təsdiq edir. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti bildirib.
Hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində 2025-ci il 17 noyabr tarixində mina hadisəsi baș verib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Bildirilir ki, agentliyin əməkdaşı 1988-ci il təvəllüdlü İmamverdiyev Samir Mübariz oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Gədəbəy şəhərində yanğın hadisəsi baş verib. Gədəbəy şəhərində üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 120 m² olan 5 otaqlı mənzilinin eyvanında 1 ədəd məişət avadanlığı və dam örtüyünün taxta atmaları 8 m² sahədə yanıb.
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından beş il ötür.
Daxili İşlər Nazirliyinin (DİN) "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında ("Sputnik Azərbaycan") keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının ("Sputnik Azərbaycan") şef redaktoru Yevgeniy Belousov barəsində qərar verilib.