İqtisadiyyat

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Özbəkistana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq, 5 milyon 504 min 51 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Özbəkistana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz azalaraq, 547 min 98 dollara çatdırıb.

2025-ci ilin oktyabr ayında Türkiyənin Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 10 milyon 776 min 686 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 13 faiz artaraq, 6 milyon 267 min 653 nəfər, beynəlxalq reyslər üzrə isə 5 faiz artaraq 4 milyon 509 min 33 nəfər təşkil edib.

2025-ci ilin yanvar-oktyabr aylarında İraq vətəndaşları Türkiyədə min 55 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 44 obyekt çoxdur. Məlumata görə, bu ilin oktyabr ayında İraq vətəndaşları Türkiyədə 126 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 2 obyekt çoxdur. Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Türkiyədə 164 min 306 mənzil satın alınıb ki, bu da 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,5 faiz azdır.

2025-ci ilin yanvar-oktyabr ayında Türkiyənin İskenderun limanı 3 min 482 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində İskenderun limanı Türkiyə bayrağı altında üzən 555, digər ölkələrin bayraqları altında üzən 2 min 927 gəmi qəbul edib. Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Türkiyə limanları 34 milyon 749 min 652 ton yük qəbul edib.

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Rusiyaya hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz azalaraq, 207 milyon 585 min 61 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Rusiyaya hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24 faiz azalaraq, 21 milyon 391 min 48 dollara çatdırıb.

2025-ci ilin oktyabr ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 11 milyon 687 min 30 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 6 faiz artaraq, 8 milyon 658 min 100 nəfər, beynəlxalq reyslər üzrə isə 12 faiz artaraq 3 milyon 28 min 930 nəfər təşkil edib.

Bu ilin 16 dekabr tarixində Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu təşkil olunacaq. Tədbir Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Türkmənistana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 44 faiz artaraq, 165 milyon 371 min 90 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Türkmənistana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz artaraq, 18 milyon 159 min 90 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq, 14 milyard 103 milyon 4 min dollara bərabər olub.

2025-ci ilin yanvar-oktyabr ayında Türkiyənin Bodrum limanı 3 min 2 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Bodrum limanı Türkiyə bayrağı altında üzən min 360, digər ölkələrin bayraqları altında üzən min 642 gəmi qəbul edib. Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Türkiyə limanları 34 milyon 749 min 652 ton yük qəbul edib.