Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Azad olunmuş bu kəndlərdə evlərin təmirinə 3,4 milyon manat ayrıldı

    4 Sentyabr 2025 11:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azad olunmuş bu kəndlərdə evlərin təmirinə 3,4 milyon manat ayrıldı
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    Xocavənd rayonunun Xanoba və Tağaverd kəndlərində 2-ci mərhələ üzrə evlərin təmirinə başlanılır.

    AzerVoice-in məlumatına görə, təmir işləri Xanoba kəndində ümumi sahəsi 4 375,8 kvadrat metr olan 26 ədəd fərdi yaşayış evini, Tağaverd kəndi üzrə isə ümumi sahəsi 5 049 kvadrat metr olan 30 ədəd fərdi yaşayış evlərini əhatə edəcək.

    Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə yekun vurub.

    Qurum Xanoba kəndində sözügedən işlərin icrasını “Capitel Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

    Müqaviləyə əsasən, MMC-yə 1 526 925 manat ödənilib.

    Tağaverd kəndində isə qeyd olunan işlərin icrası "Frekans Construction and Energy Company" MMC və “UĞUR Tikinti” MMC hüquqi şəxs yaratmadan birgə fəaliyyət göstərən müəssisələr birliyinə (konsorsium) həvalə edilib və müqavilə bağlanılıb. Müqaviləyə uyğun olaraq şirkətə 1 921 601 manat ödənilib.

    Xanoba kəndi üzrə işlərin həvalə olunduğu “Capitel Group” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Hüseynov Rasim Nəcəfalı oğludur.

    Tağaverd kəndi üzrə isə işlərin icrasını yerinə yetirəcək şirkət bu il dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Məsimov Adil Bəhlul oğludur.

    Qeyd edək ki, Xanoba və Tağaverd kəndləri Xocavənd rayonunun inzibati ərazisinə daxildir və uzun müddət 1990–cı illərin Qarabağ müharibəsi nəticəsində işğal altında olub. Sözügedən kəndlər 2020-ci il ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfindən tam nəzarət bərpa edilmiş ərazilərdə yerləşirlər.

    #Xocavənd
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb

    31 Mart 2026 12:29

    Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər

    16 Mart 2026 20:36

    Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər

    16 Mart 2026 19:27

    Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub

    16 Mart 2026 19:25

    Əlaqələndirmə Qərargahının üzvləri Xocavəndin Quzeyxırman kəndində aparılan təmir-bərpa işləri ilə tanış olublar

    16 Mart 2026 18:03

    Ağdam, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb

    26 Dekabr 2025 12:33

    Növbəti köç karvanı Ağdama çatıb: açarlar təqdim olunub

    25 Dekabr 2025 17:42

    Xocalı, Xocavənd və Zəngilan rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb

    25 Dekabr 2025 09:22

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işəgötürənlərlə növbəti görüş olub

    17 Dekabr 2025 19:08

    Laçın, Xocavənd və Ağdama növbəti köç karvanları yola salınıb

    17 Dekabr 2025 09:08

    Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb

    16 Dekabr 2025 09:33

    Laçın, Xocalı, Ağdərə və Xocavənddə yeni kiçik ailə biznesləri yaradılıb

    1 Dekabr 2025 18:11
    XƏBƏR LENTİ

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    ABŞ tezliklə Tehranın “yeni müharibə strategiyasını” görəcək - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.