Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Trabzon Hava Limanına gələn sərnişinlərin sayı artıb (ÖZƏL)

    14 May 2024 17:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Trabzon Hava Limanına gələn sərnişinlərin sayı artıb (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    2024-cü ilin aprel ayında Türkiyənin Trabzon Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq, 1 milyon 877 min 268 nəfər olub.

    Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 20 faiz artaraq 825 min 986 nəfər, beynəlxalq reyslər üzrə isə 16 faiz artaraq 51 min 282 nəfər təşkil edib.

    2024-cü ilin aprel ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 7 min 218 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21 faiz artaraq, 6 min 229 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 15 faiz artaraq, 988 ton təşkil edib.

    Məlumata əsasən, hava limanından 2024-cü ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin aprel ayı ilə müqayisədə 8 faiz artaraq, 6 min 460 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 9 faiz artaraq 5 min 646, beynəlxalq reyslər üzrə isə 5 faiz artaraq 814 olub.

    Bu ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 61 milyon 818 min 685 nəfər, yük dövriyyəsi isə 1 milyon 373 min 395 ton təşkil edib.

    Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

    #Özəl #Türkiyə hava limanları #Trabzon Beynəlxalq Hava Limanı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sabiha Gökçen Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur - 28 milyondan çox sərnişin (ÖZƏL)

    18 Avqust 2026 15:00

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 48 milyondan çox sərnişin (ÖZƏL)

    18 Avqust 2026 11:58

    Çukurova Hava Limanından istifadə edən müştərilərin sayı 1 milyonu keçib (ÖZƏL)

    22 May 2026 13:38

    4 milyondan çox müştəri Antalya Hava Limanından istifadə edib (ÖZƏL)

    19 May 2026 10:15

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    15 Fevral 2026 15:00

    Türkiyənin Muğla Milas Hava Limanında sərnişin axını artıb (ÖZƏL)

    12 Fevral 2026 18:00

    Adnan Menderes Hava Limanında sərnişin sayı 1 milyona yaxınlaşır (ÖZƏL)

    11 Fevral 2026 15:27

    Ankara Esenboğa Hava Limanında yanvar rekordu: Beynəlxalq sərnişin sayında 30 faiz artım

    10 Fevral 2026 18:00

    İstanbul Hava Limanında yanvar rekordu: 6.9 milyondan çox sərnişin

    10 Fevral 2026 09:00

    Artıq hər platformada sözü keçən və təqib edilən bir Türkiyə var - Ərdoğan

    19 Yanvar 2026 16:16

    Qaziantep hava limanında sərnişindaşıma 2 milyon nəfəri keçib (ÖZƏL)

    18 Dekabr 2025 12:00

    Trabzon hava limanında sərnişindaşıma 3 milyon nəfəri keçib (ÖZƏL)

    16 Dekabr 2025 09:37
    XƏBƏR LENTİ

    İordaniya və Bəhreyn liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

    7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

    Səudiyyə Ərəbistanının Suriyadakı yeni səfiri etimadnaməsini təqdim edib

    Səudiyyə Ərəbistanında dəvə hərracı keçirilir

    Prezident İlham Əliyev Ciorcia Melonini təbrik edib

    Day.Az informasiya portalının 23 yaşı tamam olur

    Ümidə yatırılan milyardlar - Əczaçılıq nəhəngləri xərçəng xəstəliyinin bitməsini istəyirmi?

    519 at güclü 2026 Cadillac Optiq-V sınaqdan keçdi

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.