Bakı. AzerVoice:
2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına dəri məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 32 faiz azalaraq, 120,8 min dollara bərabər olub.
Bu barədə AzerVoice-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 1,8 milyon dollar məbləğində dəri məhsulları ixrac edib.
2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dəri məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azalaraq, 1,9 milyon dollara bərabər olub.
“Keçən ilin dekabr ayında Türkiyə 116 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 36,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Aytac Süleymanova
Twitter: a_alieva_